Ruben Pol Adalyan (; ) — ABŞ tarixçisi. O, Vaşinqtondakı Erməni Milli İnstitutunun direktoru, Corc Vaşinqton Universitetinin Elliot adına Beynəlxalq Münasibətlər Məktəbinin və Cons Hopkins Universitetinin professorudur.About the author / Historical Dictionary of Armenia, by Rouben Paul Adalian, Scarecrow Press, 2010, p. 673
Həyatı Adalyan 1987-ci ildə Los-Anceles Kaliforniya Universitetində tarix üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. Onun dissertasiyası Nikolay Adonts üzərində yazılmışdır. O, bir çox elmi işlərin və məqalələrin, o cümlədən "Historical Dictionary of Armenia" və "From Humanism to Rationalism: Armenian Scholarship in the Nineteenth Century" əsərlərinin müəllifidir. Burada Adalyan "ingilis dilində diqqətdən kənarda qalan vacib bir mövzuya faydalı bir baxış bucağı təqdim etmişdir".
Adalyan "Armenia and Karabagh Factbook"un redaktoru və mükafata layiq görülmüş "Encyclopedia of Genocide" nəşrinin köməkçi redaktorudur.
İstinadlar
Kateqoriya:ABŞ tarixçiləri Kateqoriya:Erməni tarixçilər Kateqoriya:XX əsr tarixçiləri Kateqoriya:ABŞ erməniləri