Əmir Nizam evi və ya Qacar muzeyi — Qacar sülaləsi dövründə Təbrizin Şeşgilan məhəlləsində tikilmiş tarixi binalardan biri. Bina Nəsirəddin şah Qacarın dövründə və Əmir Nizam Gərusinin xidməti zamanı tikilmişdir. Binada hazırda Qacar muzeyi fəaliyyət göstərir.
Haqqında Bina Nəsirəddin şah Qacarın hakimiyyəti dövründə Əmir Nizam Gərusinin xidməti zamanı tikilmişdir. Tarixi mənbələrə əsasən bina tikildiyi dövrdən Qacarlar dövrünün sonunadək Azərbaycan əyalətinin valilik binası kimi istifadə edilmişdir. Uzun müddət təmir olunan bina təmirdən sonra Qacar muzeyi kimi fəaliyyət göstərməyə başlayıb. Qacar muzeyinin Təbrizdə açılmasına səbəb Təbriz şəhərinin Darolsəltənə (sultanlıq divanı) olması və Tehrandan sonra ən önəmli şəhəri olmasıdır. Qacar sülaləsinin başlanğıcından və Abbas Mirza vəliəhd olan zamandan bəri Təbriz şəhəri vəliəhdlərin iqamətgahı idi. Binanın ərazisi 1500 m.²-dir və iki mərtəbələdiri. İçərisində hovuzlar və fəvvarələr olan iki iç və xarici həyətə malikdir. Binanın eyvanını 16 sütun saxlayır.
Muzey qalereyaları Birinci mərtəbənin qalereyaları; pul, tikiş, çini, şüşə, metallar və musiqi qalereyaları. Yeraltı mərtəbənin qalereyaları; daş, silah, sərkərdələr və paşalar və memarlıq və şəhərsalma qalereyaları.
Şəkillər
Həmçinin bax Məşrutə Evi Behnam evi Həriri evi
İstinadlar
Xarici keçidlər Qacarlar muzeyi haqqında
Kateqoriya:Təbriz muzeyləri Kateqoriya:Azərbaycanın tarixi evləri Kateqoriya:Qacarlar dövründə tikilən abidələr Kateqoriya:Naxçıvan-Marağa memarlıq məktəbi Kateqoriya:İran memarlığı