Luis Brandis (; ) — Brandeys Universitetinin adını daşıyan amerikalı hüquqşünas.Justice Louis D. Brandeis 1916-1939-cu illərdə ABŞ Ali Məhkəməsinin üzvü.

Bioqrafiyası 13 noyabr 1856-cı ildə Kentukki ştatının Louisville şəhərində Bohemiyadan olan yəhudi mühacir valideynlər — Adolph Brandeis və Frederika Dembitz ailəsində anadan olub. Amerika vətəndaş müharibəsi zamanı ailə müvəqqəti olaraq İndianaya sığınmağa məcbur oldu. Sonra Amerika iqtisadiyyatından narahat olan ata 1872-ci ildə ailəni Avropaya köçürdü və oradan 1875-ci ildə ABŞ-yə qayıtdılar.

Louis 14 yaşında Louisville Male High School bitirib. 1872-ci ildən Avropada olarkən Drezdendəki Annen-Realschule məktəbində təhsil alıb. 1875-ci ildə ABŞ-yə qayıdan o, Harvard Hüquq Məktəbində oxumuş, iyirmi yaşında oranı bitirmiş və buradakı Pow-Wow club-na qoşulmuşdur. Məzun olduqdan sonra o, daha bir il Harvardda qaldı və burada öz seçimi ilə hüquq təhsili almağa davam etdi, repetitorluq edərək çörək pulu qazandı. 1878-ci ildə o, Sent-Luisdə hüquq firmasına daxil olur və burada ilk məqaləsini hüquq jurnalında dərc etdirir. Yeddi aylıq gündəlik işdən sonra o, Harvarddakı sinif yoldaşı Samuel Vorenin () Bostonda hüquq firması yaratmaq təklifini qəbul etdi. Onlar Harvardda yaxın dost idilər, Uorren zəngin Boston ailəsindən idi və alyans faydalı sinerji təklif edirdi. Gələcək müştəriləri qazanmaq üçün bir firma açmaq ərəfəsində Brandis Massaçusets Ali Məhkəməsinin Baş Hakimi Horasiya Qreydə () işləməyə başladı.

İstinadlar

Xarici keçidlər Biographical Directory of Federal Judges — Brandeis, Louis Dembitz Works by Louis Brandeis at Project Gutenberg Works by Louis Brandeis at LibriVox

Kateqoriya:ABŞ vəkilləri