Dmitri İvanoviç Azbukin (; ) — Rusiya və SSRİ defektoloqu və psixiatrı, RSFSR PEA-nın müxbir üzvü (1945). Oliqofreniya, oliqofrenopedaqogika və məktəb gigiyenası üzrə işləmişdir.Энциклопедический словарь. 2009. Азбукин Дмитрий Иванович.
Həyatı Dmitri Azbukin 23 may 1883-cü ildə 2-ci Oryol İlahiyyat Məktəbində köməkçi işləyənlərin ailəsində anadan olmuşdur. O, Moskva Universitetinin tibb fakültəsini bitirmişdir. Azbukin 1905-ci ildə Moskvada inqilabi hadisələrdə iştirak etmişdir. O, 1907-ci ildə bu hadisələrdə iştirak etdiyinə görə həbs edilmişdir. Birinci Dünya müharibəsi illərində Azbukin Moskvada hərbi psixiatr, sonra isə Rovnodakı nevroloji xəstəxananın baş həkimi vəzifələrində çalışmışdır. O, Moskvada Alkoqolizmlə Mübarizə Cəmiyyətinin üzvü idi.
Azbukin 1919-cu ildə Ural Universitetinin psixiatriya kafedrasının professoru seçilmişdir. O, 1922-ci ildə Moskvada tibb elmləri doktoru elmi dərəcəsini almışdır. Azbukin 1924-cü ildə Pedologiya və Defektologiya İnstitutunda dərs demişdir. O, 1925-ci ildən 2-ci Moskva Dövlət Universitetinin pedaqoji fakültəsində defektologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Azbukin tibbi pedaqogika professoru elmi adını almışdır. O, 1931-ci ildə Andrey Bubnov adına Moskva Dövlət Pedaqoji İnstitutunun defektologiya fakültəsinin dekanı və psixopatologiya kafedrasının müdiri olmuşdur.
Əsərləri Азбукин Д. И. Умственная отсталость детей и как с ней бороться.- М.,1926. Азбукин Д. И. Основы психопатологии и психогигиены детского возраста для педагогов.- М., 1930. Азбукин Д. И. Клиника олигофрении: Учеб. пособие. — М.: Учпедгиз, 1936. — 110 с. Азбукин Д. И. Олигофрения и деменция Азбукин Д. И. К казуистике корсаковского психоза Азбукин Д. И. Проблемы специальной педагогики и психологии // Труды Института дефектологии. — 1948. — 163 с. (см. Известия Академии педагогических наук РСФСР. — Вып. 19. — 1948).
İstinadlar
Əlavə ədəbiyyat (в пер.) Лебединская К. С. Памяти выдающегося отечественного дефектолога // Дефектология. 1983. № 5. — С. 85 — 87.
Xarici keçidlər Преподаватели и студенты-дефектологи II-го МГУ. второй ряд в центре Д. И. Азбукин.
Kateqoriya:Rusiya imperiyası həkimləri Kateqoriya:SSRİ həkimləri Kateqoriya:Pedaqoji elmlər doktorları