"Azov" () — Rusiya donanmasının 74 silahlı yelkənli xətt gəmisi.

Tarixi "Azov" 1826-cı ildə Arxangelskdə suya buraxılmışdır. Gəminin inşaatçısı İ. A. Kuroçkin olmuşdur. "Azov" 20 oktyabr 1827-ci ildə Navarin döyüşündə birinci dərəcəli kapitan Mixail Lazaryevin komandanlığı altında fərqlənmişdir. Gəmi öz atəşi ilə Osmanlı donanmasına aid beş gəmini, o cümlədən donanma komandirinin freqatını məhv etmişdir. "Azov" ən çox zərbəni almış və gəmidəki insan itkiləri Rusiya dənizçilərinin ümumi insan itkilərinin yarısını təşkil etmişdi. "Azov" Rusiya donanması tarixində ilk dəfə Müqəddəs Georgi nişanı və vımpeli ilə təltif edilmiş, Lazarevin rütbəsi artırılaraq kontr-admiral olmuşdur. Gəmi 1831-ci ildə sökülmüşdür. XIX–XX əsrlərdə "Azov"un xatirəsinə üç gəmi "Azov xatirəsi" adlandırılmışdır. Ümumilikdə, Rusiya donanmasına I Pyotrun dövründən başlayaraq "Azov" adını daşıyan on gəmi daxil idi.Энциклопедический словарь. 2009. АЗОВ (корабль).

İstinadlar

Əlavə ədəbiyyat

Предисловие книги написано заслуженным работником культуры, хранителем модельного фонда ЦВМММ А. Л. Ларионова

(ISBN неверный) (Тираж — 5 000)

(под редакцией доктора военно-морских наук капитана 1 ранга Н. В. Новикова)

Xarici keçidlər

Kateqoriya:Rusiya gəmiləri