Cəfərli Tahir Əşrəf oğlu Əliyev — Pedaqoji fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universiteti Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri

Həyatı 1951-ci il yanvarın 10-də Bakı şəhərində anadan olub 1957-1967- ci illərdə Bakının 172 məktəbində təhsil alıb. 1968-1973-cü illərdə Azərbaycan pedaqoji dillər institutun Rus Filologiyası fakültəsinin Rus dili və ədəbiyyatı» ixtisası üzrə təhsil alıb. 1973-75 illərdə Qəbələ rayonunda təyinatla rus diki və ədəbiyyatı müəllimi. 1975-ci ildən Bakı Dövlət universitetinin Humanitar fakültələr üzrə rus dili kafedrasında çalışır Kafedranın dosentidir. Ailəlidir, üç övladı var.

Təhsili 1974-76 LDU qiyabi aspirantı olub. 1989 ildə «Rus dilinin təliminin intensivləşdirilməsində proqramlaşma və onun psixolinqvistik əsasları” adlı namizədlik dissertasiyasını müdafiə edib. 1990-cı ildə Pedaqoji elmlər namizədi adına layiq görülüb. 1993-cü ildən Humanitar fakültələr üzrə rus dili kafedrasının dosentidir.

Fəaliyyəti 1973-75 illərdə Qəbələ rayonunda təyinatla rus diki və ədəbiyyatı müəllimi. 1975-ci ildən Humanitar fakültələr üzrə rus dili kafedrasının müəllimi. 1993-2021-ci illərdə Humanitar fakültələr üzrə rus dili kafedrasının dosenti. 1993-cü ildən “Beynəlxalq Dil və Ədəbiyyat” jurnalının baş redaktorudur 2021-ci ildən Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri.

Əsərləri Kitabları 1994-cü il.Rus dilinin laboratoriya kursları 1-ci kitab. Dərs vəsaiti. BDU nəşriyyatı 95 s. 1995-cü il.Rus dilinin laboratoriya kursları 2-ci kitab. Dərs vəsaiti. BDU nəşriyyatı 112 s. 1996-cü il.Rus dilinin laboratoriya kursları 3-cü kitab. Dərs vəsaiti. BDU nəşriyyatı 120 1997-ci il. Rus dili. Dərslik. BDU 280 s. 2015-ci il İkinci dilin öyrənilməsində təbii yolla mənimsəməyə riayət etmək nəzəriyyəsi və onun psixolinqvistik əsasları. Monoqrafiya. Nur nəşriyyatı. 253 s.

Metodik göstərici və proqramlar 1999-cü Rus dilində oxu təlimi prosesində kommunikativ məsələlərin müəyyən edilməsi.(metodik göstərici). 2000-ci il Rus dilinin tədris prosesində kompüter texnikasından istifadə qaydaları. (metodik göstərici) 2005-ci il Rus dili proqramı Məqalələr 2015-ci il. Müasir linqvodidaktikanın psixolinqvistik əsasları. Beynalxalq Dil və ədəbiyyat jurnalı №3 230234 2017-ci il İkinci dilin formalaşmasında yaddaşın rolu.

İstinadlar