Xəyalə İlqar qızı İsgəndərova (; doğ. 20 oktyabr 1988, Bakı ) — Azərbaycan əsilli Türkiyə şahmatçısı, qadınlar arasında beynəlxalq usta (2009).
Şahmat karyerası 2006-cı ildə qadınlar arasında Azərbaycan çempionatında qızıl, 2007 və 2008-ci illərdə isə bürünc medal qazanıb.
2015-ci ildə qadınlar arasında Türkiyə çempionatında gümüş, 2014 və 2016-cı illərdə isə bürünc medal qazanıb.
2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərinın Şarja şəhərində keçirilmiş beynəlxalq "Sharjah Cup" turnirinin qalibi olub.
Müxtəlif illərdə qadınlardan ibarət Azərbaycan və Türkiyə yığma komandalarının heyətində Şahmat Olimpiadalarının (2006–2016) və Avropa çempionatlarının (2007–2009, 2015–2017) iştirakçısı olub.
Şəxsi həyatı Türkiyə vətəndaşı ilə ailə həyatı qurub və 2013-cü ildən bu ölkəni təmsil etməyə başlayıb.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər FIDE Chess profili
Kateqoriya:Azərbaycanın qadın şahmatçıları Kateqoriya:Azərbaycanlı şahmatçılar Kateqoriya:Türkiyə şahmatçıları Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları