Xose Luis Peres Kaminero — İspaniya futbolçusu, "Real Madrid" futbol məktəbinin yetirməsi.
Kaminero "Real" futbol məktəbinin yetirməsi sayılır. 1986/1989-cu illərdə Madrid klubunun B komandasının formasını geyinən 1967-ci il təvəllüdlü futbolçu, "Kral Klubu"nu 1989-cu ildə "Vallyadolid"ə dəyişib. Bu komandanın heyətində 1993-cü ilə qədər 134 oyunda 3 qol vurub. Ardınca 5 mövsüm Madrid "Atletko"sunun formasını geyinib. Paytaxt klubunun heyətində 149 oyunda 40 qola imza atıb. 1998-ci ildə yenidən "Vallyadolid"ə qayıdıb və karyerasının sonuna – 2004-cü ilə qədər bu komandada çıxış edib. Bu müddətdə 155 oyun keçirib və 15 dəfə fərqlənib.
Kaminero ümumilikdə La Liqada 408 matçda forma geyinib və 57 dəfə rəqib qapıçıları məyus edib. O, 1996-cı ildə "Atletko"nun heyətində Kral Kubokunu qazanıb. 2008-ci ilə qədər "Vallyadolid"in idman direktoru vəzifəsində çalışıb. 21 dəfə İspaniya millisinə dəvət olunub və 8 qola imza atıb.
2009-cu ildə ispan polisi Kolumbiya və Meksikadan böyük miqdarda kokaini İspaniyaya daşıyan və narkotikdən gələn çirkli pulları "yumaq"la məşğul olan bandanın 31 üzvünü həbs edib.
Həbs olunanların arasında Kaminero da olub. Lakin məhkəmə onun zaminə buraxılmasına və azadlıqda qalmaq şərtilə istintaqa cəlb olunmasına qərar verib.
Həmçinin bax
Kateqoriya:İspaniya futbolçuları Kateqoriya:Real Madrid FK futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:İspaniya milli futbol komandasının oyunçuları Kateqoriya:1994 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:UEFA Avro 1996 futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Atletiko Madrid FK futbolçuları Kateqoriya:Real Valyadolid FK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Madriddə doğulmuş futbolçular Kateqoriya:Real Madrid Kastilya FK futbolçuları