1985–1991-ci illər Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti — Azərbaycan SSR Ali Sovetinin XI çağırışının birinci sessiyasından sonra formalaşdırılmış hökumət kabineti. 26 mart 1985-ci ildən Ali Sovetin XII çağırışının birinci sessiyasınadək, yəni 5 fevral 1991-ci ilədək fəaliyyət göstərmişdir.
Haqqında 26 mart 1985-ci ildə keçirilmiş Azərbaycan SSR Ali Sovetinin XI çağırışının birinci sessiyasında yeni Azərbaycan SSR hökuməti – Azərbaycan SSR Nazirlər Sovetinin tərkibi müəyyən edildi. Hökumət Ali Sovetin XII çağırışının birinci sessiyasında yeni kabinet seçilənədək fəaliyyət göstərdi.
Struktur dəyişiklikləri Hökumətin fəaliyyət göstərdiyi 6 il ərzində kabinet üzvlərinin müxtəlif səbəblərdən dəyişdirilməsindən yanaşı, bir sıra struktur dəyişiklikləri olmuşdur: 12 dekabr 1985 — Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi, Azərbaycan SSR Kənd Tikintisi Nazirliyi, Azərbaycan SSR Ət və Süd Sənayesi Nazirliyi, Azərbaycan SSR Yeyinti Məhsulları Sənayesi Nazirliyi, Azərbaycan SSR Pambıqtəmizləmə Sənayesi Nazirliyi, Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi, Azərbaycan SSR Dövlət Kənd Təsərrüfatı İstehsal-Texniki Təminat Komitəsi, Azərbaycan SSR Nazirlər Soveti yanında Kənd Təsərrüfatına Aqrokimya Xidməti üzrə İstehsal Elm Birliyi, Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Quşçuluq Sənayesi İdarəsi və Azərbaycan SSR Baş Kolxoz-Sovxoz Tikintisi İdarəsi əsasında Azərbaycan SSR İttifaq-Respublika Dövlət Aqrar-Sənaye Komitəsi yaradılmış, Azərbaycan SSR Tədarük Nazirliyi Azərbaycan SSR İttifaq-Respublika Taxıl Məhsulları Nazirliyinə çevrilmiş; 2 dekabr 1986 — Azərbaycan SSR Sənaye Tikintisi Nazirliyi Azərbaycan SSR Respublika Tikinti Nazirliyinə çevrilmiş; 17 avqust 1987 — Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR İttifaq-Respublika Dövlət Statistika Komitəsinə çevrilmiş; 13 oktyabr 1987 — Azərbaycan SSR Dövlət Əmək Komitəsi Azərbaycan SSR Dövlət Əmək və Sosial Məsələlər Komitəsinə çevrilmiş; 15 oktyabr 1987 — Azərbaycan SSR Geologiya İdarəsi və Azərbaycan SSR Əlvan Metallurgiya İdarəsi ləğv edilmiş; 21 yanvar 1988 — Azərbaycan SSR Neftayırma və Neft Kimyası Sənayesi Nazirliyi ləğv edilmiş; 10 avqust 1988 — Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, Azərbaycan SSR Maarif Nazirliyi və Azərbaycan SSR Dövlət Texniki Peşə Təhsili Komitəsi ləğv edilmiş, ittifaq-respublika nazirliyi — Azərbaycan SSR Xalq Təhsil Nazirliyi yaradılmış; 17 avqust 1988 — Azərbaycan SSR Meşə və Ağac Emalı Sənayesi Nazirliyi ləğv edilmiş; 16 sentyabr 1988 — Azərbaycan SSR Dövlət Qiymət Komitəsi ləğv edilmiş; 23 sentyabr 1988 — Azərbaycan SSR Dövlət Kinematoqrafiya Komitəsi ləğv edilmiş; 24 oktyabr 1988 — Azərbaycan SSR Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyi ləğv edilmiş; 21 dekabr 1988 — Azərbaycan SSR Meşə Təsərrüfatı Nazirliyi ləğv edilmiş; 2 yanvar 1989 — Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsi, Azərbaycan SSR Tikinti Nazirliyi, Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyi və Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Əsaslı Tikinti İdarəsi ləğv edilmiş, Azərbaycan SSR Dövlət İttifaq-Respublika Tikinti Komitəsi yaradılmış, Azərbaycan SSR Dövlət Neft Məhsulları ilə Təminat Komitəsi və Azərbaycan SSR Dövlət Qazlaşdırma Komitəsi ləğv edilmiş, Azərbaycan SSR Dövlət Respublika Yanacaq Komitəsi yaradılmış; 28 fevral 1989 — Azərbaycan SSR Respublika Dövlət Təbiəti Mühafizə Komitəsi Azərbaycan SSR İttifaq-Respublika Dövlət Təbiəti Mühafizə Komitəsinə çevrilmiş; 11 sentyabr 1989 — Azərbaycan SSR Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsi Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi adlandırılmış; 19 sentyabr 1989 — Azərbaycan SSR Daimi Yaşayış Yerlərini Məcburi Tərk Etmiş Şəxslərlə İş üzrə Dövlət Komitəsi yaradılmışdır.
Hökumətin tərkibi
Nazirlər Sovetinin sədri və onun müavinləri Vəzifə Səlahiyyətin başlanğıcı Səlahiyyətin sonu QeydlərNazirlər Sovetinin sədri və onun müavinləri Nazirlər Sovetinin sədriSeyidovHəsən Nemət oğlu 26 mart 1985 27 yanvar 1989MütəllibovAyaz Niyaz oğlu 27 yanvar 1989 26 yanvar 1990HəsənovHəsən Əziz oğlu 26 yanvar 1990 5 fevral 1991 Nazirlər Soveti sədrinin birinci müaviniTatlıyevSüleyman Bayram oğlu oğlu 26 mart 1985 30 dekabr 1985RasizadəArtur Tahir oğlu 14 yanvar 1986 5 fevral 1991 Nazirlər Soveti sədrinin birinci müaviniMəmmədovMusa Salam oğlu 13 dekabr 1985 26 dekabr 1988AbdullayevMüzamil İmran oğlu 26 dekabr 1988 5 fevral 1991 Nazirlər Soveti sədrinin müaviniAsanovDadaş Mirzə oğlu 26 mart 1985 7 dekabr 1989 Nazirlər Soveti sədrinin müaviniƏhmədovFikrət Həmid oğlu 26 mart 1985 20 noyabr 1987 Nazirlər Soveti sədrinin müaviniLəmbəranskiƏliş Cəmil oğlu 26 mart 1985 9 aprel 1987 Nazirlər Soveti sədrinin müaviniMəmmədovMusa Salam oğlu 26 mart 1985 13 dekabr 1985 Nazirlər Soveti sədrinin müaviniMütəllibovAyaz Niyaz oğlu 26 mart 1985 27 yanvar 1989 Nazirlər Soveti sədrinin müaviniŞeqlovGeorgi Vasilyeviç 26 mart 1985 9 aprel 1987 Nazirlər Soveti sədrinin müaviniSadıqzadəNatiq Sahib oğlu 9 aprel 1987 22 yanvar 1988 Nazirlər Soveti sədrinin müaviniŞelaginovYevgeni Sergeyeviç 9 aprel 1987 12 oktyabr 1988 Nazirlər Soveti sədrinin müaviniQafarovaElmira Mikayıl qızı 22 dekabr 1987 22 iyun 1989 Nazirlər Soveti sədrinin müaviniProtokovetsYevgeni Georgiyeviç 12 oktyabr 1988 18 oktyabr 1989 Nazirlər Soveti sədrinin müaviniHüseynovRəhim Əlihüseyn oğlu 13 fevral 1989 5 fevral 1991 Nazirlər Soveti sədrinin müaviniRadayevMatvey İvanoviç 4 noyabr 1989 5 fevral 1991 Nazirlər Soveti sədrinin müaviniHacıyevZülfü Saleh oğlu 18 noyabr 1989 5 fevral 1991 Nazirlər Soveti sədrinin müaviniMustafayevFeyruz Rəcəb oğlu 11 dekabr 1989 5 fevral 1991
Azərbaycan SSR nazirləri Vəzifə Səlahiyyətin başlanğıcı Səlahiyyətin sonu QeydlərAzərbaycan SSR nazirləri Daxili işlər naziriVəliyevCəfər Cəbrayıl oğlu 26 mart 1985 8 aprel 1987MəmmədovAydın İsrafil oğlu 8 aprel 1987 17 aprel 1990ƏsədovMəhəmməd Nəbi oğlu 17 aprel 1990 5 fevral 1991 Ali və orta ixtisas təhsili naziriƏliyevQurban Həsən oğlu 26 mart 1985 7 iyul 1987AbbasovAğalar Nəriman oğlu 7 iyul 1987 10 avqust 1988 Tədarük naziriŞəmiyevİnqilab Şəfahət oğlu 26 mart 1985 14 noyabr 1985 Səhiyyə naziriQasımovTələt Əli oğlu 26 mart 1985 5 fevral 1991 Xarici işlər naziriQafarovaElmira Mikayıl qızı 26 mart 1985 22 dekabr 1987SadıqovHüseynağa Mikayıl qızı 27 yanvar 1988 5 fevral 1991 Mədəniyyət naziriBağırovZakir Nəriman oğlu 26 mart 1985 26 dekabr 1988BülbüloğluPolad 26 dekabr 1988 5 fevral 1991 Yüngül sənaye naziriİbrahimovSöhrab Mirqəzənfər oğlu 26 mart 1985 19 iyun 1989MustafayevƏhməd Mirzə oğlu 7 avqust 1989 5 fevral 1991 Meşə təsərrüfatı naziriHəsənovHəbib Rəhim oğlu 26 mart 1985 1 sentyabr 1988 Meşə və ağac emalı sənayesi naziriAyriyanAleksandr Arsenoviç 26 mart 1985 17 avqust 1988 Meliorasiya və su təsərrüfatı naziriƏliyevMahmud İsaq oğlu 26 mart 1985 12 dekabr 1988HacıyevSaleh Hilal oğlu 12 dekabr 1988 5 fevral 1991 Quraşdırma və xüsusi tikinti işləri naziriKazımovTelman Məmməd oğlu 26 mart 1985 24 oktyabr 1988 Ət və süd sənayesi naziriMəmmədovArif Hüseynqulu oğlu 26 mart 1985 12 dekabr 1985 Neftayırma və neft kimyası sənayesi naziriƏliyevNamiqkamal Məmməd oğlu 26 mart 1985 21 yanvar 1988 Yeyinti məhsulları sənayesi naziriMəmmədovKamil Seyid oğlu 26 mart 1985 12 dekabr 1985 Meyvə-tərəvəz təsərrüfatı naziriOrucovTelman Xəlil oğlu 26 mart 1985 12 dekabr 1985 Sənaye tikintisi naziriƏliyevƏjdər Əjdər oğlu 26 mart 1985 2 dekabr 1986 Tikinti naziriƏliyevƏjdər Əjdər oğlu 2 dekabr 1986 2 yanvar 1989 Tikinti materialları sənayesi naziriSadıqovRamiz Cəmil oğlu 26 mart 1985 1 sentyabr 1988MansurovArif Ənvər oğlu 1 sentyabr 1988 5 noyabr 1990HəsənovŞair Nəcməddin oğlu 12 dekabr 1990 5 fevral 1991 Maarif naziriRəhimovKamran Nəbi oğlu 26 mart 1985 10 avqust 1988 Rabitə naziriAxundovBahadur Məmməd oğlu 26 mart 1985 4 aprel 1990MusayevŞamil Hacıağa oğlu 12 aprel 1990 5 fevral 1991 Kənd tikintisi naziriHəsənovŞair Nəcməddin oğlu 26 mart 1985 12 dekabr 1985 Kənd təsərrüfatı naziriƏsgərovMəmməd Həsən oğlu 26 mart 1985 11 dekabr 1985 Ticarət naziriMəmmədovTimur Əli oğlu 26 mart 1985 20 aprel 1987QaraxanovYaşar İslam oğlu 20 aprel 1987 22 aprel 1989BağırovAğasəlim Yaqub oğlu 22 aprel 1989 5 fevral 1991 Maliyyə naziriBaxşəliyevBaxşəli Həsən oğlu 26 mart 1985 13 oktyabr 1987QarayevBədir Cəmil oğlu 13 oktyabr 1987 5 fevral 1991 Pambıqtəmizləmə sənayesi naziriSalmanovFərhad Rza oğlu 26 mart 1985 11 dekabr 1985 Ədliyyə naziriOrucovƏlisaab Səftər oğlu 26 mart 1985 5 fevral 1991 Avtomobil nəqliyyatı naziriKərimovŞakir Kərim oğlu 26 mart 1985 13 may 1986ŞedrinYuri Yevgenyeviç 13 may 1986 30 iyul 1987RüstəmovFuad Qara oğlu 2 dekabr 1987 4 aprel 1990AslanovArif Həzi oğlu 5 iyun 1990 5 fevral 1991 Əhaliyə məişət xidməti naziriMəmmədovAydın Yusif oğlu 26 mart 1985 24 dekabr 1986AleksenkoBoris Qriqoryeviç 24 dekabr 1986 22 may 1989BağırovaNailə Ağadadaş qızı 22 may 1989 — Mənzil-kommunal təsərrüfatı naziriMayorovVeniamin Stepanoviç 26 mart 1985 5 fevral 1991 Yerli sənaye naziriAxundovSənan Səməndər oğlu 26 mart 1985 9 aprel 1987FətəliyevHəbib Sadıq oğlu 17 aprel 1987 16 iyun 1989AbdullayevAğababa İman oğlu 16 iyun 1989 5 fevral 1991 Sosial təminat naziriQazıyevMəmməd Yaqub oğlu 26 mart 1985 12 dekabr 1988RəsulovaLidiya Xudat qızı 26 dekabr 1988 5 fevral 1991 Avtomobil yolları tikintisi və istismarı naziriXələfovRafiq Rəsul oğlu 26 mart 1985 2 yanvar 1989 Taxıl məhsulları naziriCəmilovRəhim Cəlil oğlu 23 yanvar 1986 5 fevral 1991 Xalq təhsili naziriMəmmədovMüslüm Rəcəb oğlu 10 avqust 1988 13 yanvar 1989FeyzullayevRafiq Babaş oğlu 25 fevral 1989 5 fevral 1991 Azərbaycan SSR naziriMəmmədovKamil Seyid oğlu 25 dekabr 1985 6 fevral 1989 Azərbaycan SSR naziriOrucovTelman Xəlil oğlu 25 dekabr 1985 9 oktyabr 1986 Azərbaycan SSR naziriHüseynbəyovNadir Fərəc oğlu 4 dekabr 1986 6 fevral 1989
Komitə, birlik və idarə rəhbərləri