Qurban bəy Baba oğlu Babayev () — Azərbaycanlı milyonçu.
1880-ci ildə Bakının Ramana kəndində dünyaya göz açıb. Fransada təhsil almış və 1903-cü ildə Ramana kəndində öz adına Ramana məscidi inşa etdirmişdir.
1920-ci ildə ruslar Hacı Zeynalabdin Tağıyev kimi Qurban bəyə də toxunmur, onun yalnız əmlakını müsadirə edirlər. Qurban bəy 1928-ci ilə qədər Ramanadakı neft mədənində müdir vəzifəsində işləyir. 1928-ci ildə xəstəliyi ilə əlaqədar Buzovnadakı xəstəxanada yatır və bir müddətdən sonra orada vəfat edir. Hazırda onun məzarı Buzovna kənd qəbiristanlığındadır.
Xarici keçidlər
Kateqoriya:Hacılar Kateqoriya:Azərbaycan iş adamları Kateqoriya:Azərbaycan milyonçuları Kateqoriya:Azərbaycanlı milyonçular