Hacı Rüstəmov – Azərbaycan futbolçusu.
Həyatı Hacı Rüstəmov Rafiq oğlu 28 iyul 1998-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 18 nömrəli tam orta məktəbdə tamamlamışdır. Hələ uşaq vaxtlarından futbola maraq salmış və 2005-ci ildən başlayaraq müxtəlif klubların müxtəlif yaş qruplarında oynamışdır. Həmçinin həmin müddətlər ərzində digər idman növlərinə(Şahmat və basketbol) maraq göstərmişdir. 2014-cu ildə Bakı Humanitar Kollecinin "Turizm işinin təşkili" ixtisasına qəbul olub təhsilini 2017-ci ildə başa vurub. Daha sonra 2020-ci il Azərbaycan Kooperasiya Universitetinin "Turizm işinin təşkili" ixtisasına daxil olub. 2020- ci il 29 sentiyabrda 2-ci Qarabağ müharibəsinə yollanaraq futbol karyerasına bir müddətlik ara vermişdir. O, Füzuli, Xocavənd, Cəbrayıl, Şuşa və Laçın döyüşlərində iştirak edərək 2021-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən "Laçının azad olunmasına görə" medalı və "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşdur. 2021-2022-ci illərdə Şamaxı futbol klubunun əvəzedici heyətində öz karyerasını davam etdirdi. Hal hazırda Difai klubunun futbolçusudur
Uğurları
Təltifləri "Laçının azad olunmasına görə" medalı "Vətən müharibəsi iştirakçısı" medalı
Həmçinin bax Azərbaycan futbol klublarının siyahısı Kərəm Əhmədli Azərbaycan futbolçularının siyahısı
Kateqoriya:28 iyunda doğulanlar Kateqoriya:1998-ci ildə doğulanlar Kateqoriya:Əlifba sırasına görə hərbi xadimlər Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları