Talıb Qurban oğlu Musayev () — Azərbaycan-sovet ictimai-siyasi dövlət xadimi. Ermənistan Kommunist Partiyasının Basarkeçər (1946–1953) və Qarabağlar (1942–1946) rayon komitələrinin birinci katibi. Ermənistan SSR Ali Soveti sədrinin birinci müavini. Maksim Musayevin atasıdır.
Həyatı Talıb Qurban oğlu Musayev 1908-ci ildə Basarkeçər rayonu Nərimanlı kəndində anadan olmuşdur. 1936-cı ildə Basarkeçər rayon komsomol komitəsinə I katib seçilib. 1937-ci ildə onu rayon partiya komitəsinin III, bir az sonra isə II katibi seçilər. 1938-ci ildə Zodda ekstern imtahanla tam orta təhsil haqda attestat alaraq İrəvan pedaqoji institutuna qiyabi daxil olub. 1943-cü ildə ali təhsil diplomu ilə institutu bitirib.
1939-cu ildə Basarkeçər Rayon İcraiyyə komitəsinin sədri, 1942-ci ildə Qarabağlar, 1946-cı ildə isə Basarkeçər Rayon Partiya Komitəsinin I katibi təyin olunub. 1948-ci ildə vəzifəsinin icrasında qalmaqla Moskvada Marksizm-Leninizm kursunu da oxumuşdur.
Basarkeçər rayonu Partiya Komitəsinin birinci katibi, Ermənistan SSR Ali Sovetinin sədrinin birinci müavini olmuş, bir neçə dəfə Ermənistan SSR Ali Sovetinin üzvü seçilmişdir.
21 fevral 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.
Talıb Musayev 4 aprel 2005-ci ildə vəfat etmişdir. Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur.
Kitabları Ermənilər və faciələrimiz. Bakı: Nurlar, 2008.
İstinadlar
Kateqoriya:Azərbaycanlı dövlət xadimləri Kateqoriya:Ermənistan Kommunist Partiyası Vardenis Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Ermənistan Kommunist Partiyası Qarabağlar Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Vardenis Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Ermənistan SSR Ali Sovetinin deputatları Kateqoriya:Ermənistan SSR Ali Soveti sədrinin müavinləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycan uzunömürlüləri