Ovanes Tsaretsi və ya Ovannisik Tsaretsi (; ) — XVI əsr erməni tarixçisi..

Həyatı

Ovanes Tsaretsi əslən Xaçın knyazlığının Tsar bölgəsindən idi. Atasının adı Melkon idi. O, Artaz qavarındakı Müqəddəs Faddey monastırında keşiş olmuşdur. Buna baxmayaraq, bunun Qarabağdakı eyniadlı monastır, yəni Dadivəng ola biləcəyinə dair bir nəzəriyyə var. Onu tez-tez adaşı və əmisi – 1583-cü ildə vəfat etmiş Ovannes Cahanşah oğlu Tsaretsi ilə qarışdırırlar. Nerses Qnunetsi və əmisi ona təlim keçmişdir. Əlyazmaların bərpası və siyahıya alınması ilə məşğul olmuş, sonralar vardapetçi olmuşdur. Sotk qavarında Müqəddəs Astvatsatsin kilsəsinin tikintisinsə iştirak etmişdir. O, 1621-ci ildən sonra vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər «История страны Агванк, составленная вардапетом Иованнесом Тцареци» в редакции Аракела Даврижеци, гл. 55 Оригинальный текст хронографии Цареци, стр. 240—249

Kateqoriya:Erməni tarixçilər Kateqoriya:XVI əsr tarixçiləri Kateqoriya:Azərbaycan erməniləri