Kürdəxanı — Bakının Sabunçu rayonunun tabeliyində olan kənd.
Etimologiya Sara Aşurbəyliyə görə bu ad kürdlərlə bağlıdır.Сара Ашурбейли, (1983), Государство Ширваншахов (VI-XVI вв.), с. 16.
Tarixi Kürdəxanıda yaşayışın iki min ildən bəri mövcud olduğu ehtimal edilir. Bunu yer üstü aşkarlanan məişət səciyyəli müxtəlif gil-saxsı qab nümunələri, mis, tunc, dəmir materiallarından istehsal olunan təsərrüfat alətləri, aşınmaya məruz qalmasına baxmayaraq bu və ya digər dərəcədə formasını qoruyub saxlayan soyuq silah nümunələri, habelə orta əsrlər dövrünü əhatə edən və köhnə qəbiristanlıqdan tapılan, düzəldilmə tarixi 900 il əvvələ gedib çıxan qəbirüstü sinədaşı, inşaat dövrü XV əsrin 40-cı illərinə təsadüf olunan xanəgah – zaviyə, təqribən bu zamanda tikilən məscid binası, bəzi ehtimallara görə XVII əsrin yadigarı olan hamam və sair də təsdiq etməkdədir.
"Kürdəxanı" sözünün bir neçə izah variantı da mövcuddur. Bir ehtimala görə coğrafi məfhum "kord//korda//kordə" sözündən və "xanı" topomorfantından yaranmışdır və bıçaq düzəldilən yer mənası verir. İkinci gümana görə, guya vaxtilə yaşayış məskənini üç tərəfi su olubmuş və cəzirə, yarımada şəklində imiş. Məhz coğrafi məkana görə bu yer "Kürdəxanı" adlanmışdır.
Tarixi abidələri Hacı Zeynal hamamı — XVII əsr Hacı Cəfərqulu hamamı — XII əsr Aşağı məscid — 1444-cü il (kitabəsində yazılıb: Bu Cümə məscidinin tikilməsinə Hacı Peşəng peyğəmbərin hicrətinin 848-ci ilində əmr etdi. Allahın daim ona salamı olsun) Soltan Əli məscidi — XIX əsr Türbə — XVI əsr Hamam — 1905-ci il Bağ məscidi (Kürdəxanı)
Kürdəxanıda mövcud qalalardan tikintisi nisbətən yaxın dövrlərə təsadüf edəni Yamin qalasıdır. Əfsanəyə görə Yamin adlı bir gənc şəxs günlərin bir günü o ruhi xəstəliyə tutulur. Kənd camaatının ona verdiyi sədəqəyə gedib daş alır və qala tikməyə başlayır. Məqsədi o idi ki, öldükdən sonra bu dünyada ondan bir iz qalsın. Tikilən qalaya onun adı qoyulur.
Kəndin Dadaş Vasif küçəsində Bakı xanının mülkü olub. Sovet dövründə uşaq bağçası kimi fəaliyyət göstərib. İndi baxımsız vəziyyətdədir.
Mədəniyyəti Qəsəbədə müasir tipli poliklinika, internet kafe, H.Ağaverdiyev adına 113 saylı orta məktəb, 366 saylı uşaq bağçası, 33 saylı poliklinika, mədəniyyət evi, muzey, 2 kitabxana, rabitə şöbəsi, klub, notariat və VVAQ idarəsi, su idarəsi, işıq idarəsi, 2000 abonentlik ATS fəaliyyət göstərir.
Coğrafiyası və iqlimi Kürdəxanı inzibati cəhətdən Sabunçu rayonuna daxildir. Bakının şimal hissəsində yerləşir. Ərazisi 27.3 kv.km-dir. Pirşağı, Maştağa, Nardaran, Bilgəh, Məhəmmədi, Zabrat, Savxoz kəndləri ilə sərhəddir. İqlimi isti-mülayimdir. Hava kütlələri xəzri (şimal) və gilavar (cənub) tərəfdən gəlir. Kənd dənizin sahilində olduqdan, əsasən ən çox soyuq hava kütlələri burada fəaliyyət göstərir. Normal temperatur 10–20 dərəcədir. Bakının, Abşeron yarımadasının ən böyük yüksəkliyi məhz Kürdəxanıda yerləşir. Kürdəxanıda palçıq vulkanları mövcuddur.
Təbiətinə görə də Kürdəxanı digər yerlərdən seçilir. Kürdəxanı ətrafında tülkü,çaqqal,bayquş və s. heyvan və quş növlərinə rast gəlinir.
Əhalisi
Keçmiş statistika 1813–86 nəfərAzərbaycan Respublikasının Dövlət Tarix Arxivi, fond 24, siyahı 1, iş 21 1859–1864-cü illər — 856 nəfərBakı quberniyası statistikası (PDF) 1870–888 nəfərRusiya imperiyası yaşayış yerləri siyahısı, 1870, Tiflis, cild LXV 1959–1622 nəfərЧисленность населения СССР по переписи на 15 января 1959 года по республикам, краям, областям, национальным округам, районам, городам, поселкам городского типа, районным центрам и крупным сельским населенным местам (по административно-территориальному делению на 1 января 1960 г.).- М.: Центральное статистическое управление при Совете Министров СССР, 1960.- 523 с. 1970–2574 nəfərВсесоюзная перепись населения 1970 года. Таблица 1с. РГАЭ. Ф 1562. Оп. 336. Д. 3831–3838. 1979–3223 nəfərВсесоюзная перепись населения 1979. Таблица 1с. РГАЭ. Ф 1562. Оп. 336. Д. 5943–5951. 1989–3846 nəfərВсесоюзная перепись населения 1989 года. ТОМ 1. Часть 1. Таблица 3. 2016–6500 nəfərAzərbaycan Respublikasının Dövlət Statistika Komitəsi : 2016-cı ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı (min nəfər) 2024–10100 nəfər
Kürdəxanıda doğulmuş məşhur şəxslər Ağaverdiyev Hüseynbala Ağaverdi oğlu — Azərbaycan SSR XTNS keçmiş sədri, xalq yerli sənaye komissarı. Əmrah Əmrahov — "Azərbaycan pioneri" qəzetinin redaktoru. Ataəmi Mirzəyev — Filologiya üzrə elmlər doktoru, füzulişünas, alim. Vamiq Məmmədəliyev — dosent, Azərbaycanın xalq artisti, tarzən. Şıxəli Qurbanov — dramaturq, yazıçı, deputat, AMEA Dil və Ədəbiyyat İnstitutu rəhbəri. İqbal Məmmədəliyev — rejissor, EL Televiziya Şirkətinin (Yevlax) baş direktoru. Gülşad Baxşıyeva — Azərbaycan aktrisası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru. Vasim Məmmədəliyev — akademik, BDU-nun ilahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri. İlhamə Quliyeva — Azərbaycanın və Dağıstanın xalq artisti. Abbasqulu Kazımzadə — ictimai xadim. Bayram Kürdəxanlı (Quliyev) — meyxana ustadı. Xanım Qafarova — aktrisa. Baba Pünhan — şair. Hüseynov Ramil -- Həndbolçu İqtisadiyyatı Kənd təsərrüfatı sahəsində Kürdəxanı çox inkişaf etmişdir. Burada kök, taxıl, çovdar, üzüm, tut, əncir, əzgil, zeytun, nar yetişdirilir. Əhali qoyunçuluqla, maldarlıqla, əkinçiliklə məşğul olur. Qəsəbənin qərb hissəsində Bakının ən böyük fermalarından biri vardır.
Nəqliyyat Bakı–Xaçmaz dəmiryol xətti Kürdəxanını iki yerə ayırır. Məhəmmədi – Kürdəxanı şossesi qəsəbənin mərkəzindən keçir. Eyni zamanda 173 saylı Pirşağı-Koroğlu, 185 saylı Kürdəxanı-8 km bazarı, 537 Zabrat-Novxanı istiqamətində işləyən avtobusları vardır.
Qalereya
İstinadlar
Həmçinin bax Kürdəxanı həbsxanası Kürdəxanı gölü
Kateqoriya:Sabunçu rayonunun qəsəbələri Kateqoriya:Bakının qəsəbələri