Bəşar () — Əlcəzairin qərbində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.
Coğrafiya Ölkənin paytaxtı Əlcəzair şəhərindən təxminən 1150 km cənub-qərbdə, Tinduf şəhərindən 852 km şimal-şərqdə və Mərakeşlə sərhəddən 80 km məsafədə yerləşir. Dəniz səviyyəsindən 747 m yüksəklikdə, şəhəri şimal-şərqdən cənub-qərbə keçən Ued-Bəşar çayının sahilində yerləşir. Cəbəl-Bəşarın qayalı qalxması şəhərin cənub-şərqində və şərqində 1206 m hündürlüyə çatır.
Əhali 2008-ci il məlumatlarına görə əhalinin sayı 165 627 nəfərdir; 1998-ci ilin məlumatlarına görə 134.954 nəfərdir. Bəşar ölkənin qərb hissəsindəki ən böyük şəhərdir. Əhalinin savadlılıq səviyyəsi 86,4%-dir (kişilərin 91,4%-i, qadınların 81,4%-i).
İstinadlar
Kateqoriya:Əlcəzair şəhərləri Kateqoriya:Mübahisəli ərazilər