Qara vağ ( Egretta ardesiaca ) leyləkkimilər (Ardeidae) fəsiləsininə aid quşdur. Qara vağ balıq ovlayan zaman qanadlarını çətir kimi istifadə edirhttps://ebird.org - Black Heron. İstifadə tarixi: 6 fevral 2026. Balıq qara vağın qanadları ilə yaratdığı qaranlıq yeri bitki kölgəsi və ya sığınacaq kimi qəbul edir və oraya yönəlirhttps://www.birdnote.org - The Black Heron. İstifadə tarixi: 6 fevral 2026.. Bu zaman qara vağ balığı ovlayır. Bundan əlavə alimlər hesab edirlər ki, bu ovlanma üsulu qara vağın ovunu daha yaxşı görə bilməsi üçün kölgə və işıq kimi yan faktorları məhdudlaşdırırhttps://www.nationalgeographic.com - Watch this clever heron throw shade—literally. İstifadə tarixi: 6 fevral 2026..
Təsvir Qara vağ orta ölçülü quşdur. Onun hündürlüyü təqribi 42-66 sm arasında dəyişir. Qara rəngli lələkləri və dimdiyi, sarı pəncələri ilə fərqlənir. Baş və boyun hissəsindəki digər lələklər lələklərdən nəzərəçarpaçaq qədər uzundur.
Yayılması Qara vağ Şərqi Afrika (təkcə Tanzaniyada 5000-7000 ədəd), Qərbi Afrika, eləcə də Madaqaskar adasında yayılıbhttps://www.heronconservation.org - Black Heron. İstifadə tarixi: 6 fevral 2026.. Qara vağ yaşamaq üçün dayaz açıq sular, şirin sulu göllər, nohurlar və çaykənarı ərazilərə yaxın yerlərə üstünlük verirhttps://www.inaturalist.org - Black Heron Egretta ardesiaca. İstifadə tarixi: 6 fevral 2026.. O, suətrafı ərazilərdə bitən ağaclarda, kolluq və ya qamışlıqlarda yuva qurur. Koloniyalar şəklində yaşayır. Yağış mövsümündə artan kəskin yağıntı miqdarı, daşqın və ya su hövzələrində qidanın dəyişən miqdarı kimi kənar faktorlar qara vağın əsas miqrasiya səbəbləri arasında yer alırhttps://datazone.birdlife.org - Black Heron. İstifadə tarixi: 6 fevral 2026..
Çoxalması Qara vağ digər quşlar kimi ayrı cinsiyyətlidir. Cütləşmə sezonunun əvvəllərində ayaq barmaqları rəngini dəyişərək qırmızı rəng alırhttps://www.oiseaux-birds.com - Black Heron Egretta ardesiaca. İstifadə tarixi: 6 fevral 2026.. Yumurta qoyur.
Ovlanması Balıqlar qara vağın əsas qida rasionunu təşkil edir. Əlavə olaraq qara vağ həşəratlar, xərçəngkimilər və amfibiyalar ilə qidalanır.
İstinadlar
Kateqoriya:Leyləkkimilər Kateqoriya:Vağlar Kateqoriya:Qutankimilər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1827-ci ildə təsvir edilən quşlar Kateqoriya:Afrika quşları