Nikos Maxlas () — futbolçu.
Karyerası Karyerasının üç ilini "Vitess"ə həsr edən Nikos Maxlas komandası üçün dövrünün əvəzedilməz siması olub. Çıxış etdiyi 36 ayda "Vitess"in uğurları üçün 60 qol vuran yunan hücumçu az iş görməyib və insafən deyək ki, müsbət imic formalaşdırıb. Vurduğun qolların böyük hissəsi 1997/1998-ci illər mövsümünə (34 qol) təsadüf edir. Bir il sonra onun "Ayaks"a transfer edilməsi uzun müddət gündəmdən düşmədi. Hətta "Vitess" rəhbərliyi Maxlasın komandadan getməsinin əleyhinə idi. Amma yekun qərar qəbul edən futbolçu 1999-cu ildə "Ayaks"la razılığa gəlib. Transferin məbləğini isə 7,5 milyon dollar təşkil edib. Ki, "Ayaks"ın indiyə qədər transferə sərf etdiyi ən böyük məbləğdir. Amsterdam klubu hələ heç vaxt futbolçu gətirilməsinə bu qədər pul xərcləməyib. Bir adət olaraq, yunan forvard hər mövsümdə 10-dan az qol vurmayıb. Buna baxmayaraq, futbolçu "Ayaks"da uzun müddət qalmayıb. Maliyyə məsələsini əsas gətirən Nikos komandadan ayrılıb. 35 yaşlı hücumçu hazırda karyerasını Kipr "Apoel"ində davam etdirir.
İstinadlar
Kateqoriya:Yunanıstan futbolçuları Kateqoriya:İraklionda doğulanlar Kateqoriya:Sevilya FK futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Yunanıstan Super Liqası futbolçuları Kateqoriya:Legioner Yunanıstan futbolçuları Kateqoriya:1994 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Kipr Birinci Diviziyası futbolçuları Kateqoriya:Ayaks AFK futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Niderlandda legioner futbolçular Kateqoriya:Kiprdə legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kiprdəki əcnəbi kişi futbolçular