Azərbaycan SSR əməkdar mühəndisi () — Azərbaycan SSR-də xalq təsərrüfatı sahəsində fərqlənən şəxslərə verilən fəxri ad.
Tarixi və əsasnaməsi "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 may 1959-cu il tarixli Fərmanı ilə təsis olunmuşdur.
Fəxri adla sənaye, nəqliyyat, rabitə müəssisələrində və xalq təsərrüfatının başqa sahələrində ən azı 15 il işləyən, öz əməli fəaliyyəti ilə fərqlənən və Azərbaycanın xalq təsərrüfatını inkişaf etdirmək işində xüsusi xidmətləri olan yüksək ixtisaslı mühəndislər təltif olunurdu.
Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (1990-cı ildən Azərbaycan SSR Prezidenti) tərəfindən verilir və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı (1974-cü ildən Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı) ilə təltif olunurdu.
İstinadlar
Həmçinin bax Azərbaycan SSR əməkdar mühəndislərinin siyahısı Azərbaycanın fəxri adları
Kateqoriya:Azərbaycan SSR fəxri adları