Leroy Lansinq Ceyns (; ) – Meyci dövrünün ilk illərində Yaponiyada fəaliyyət göstərmiş ABŞ pedaqoqu.

İlk illəri Leroy Lansinq Ceyns 1838-ci ildə ABŞ-nin Ohayo ştatında doğulmuş, ABŞ Hərbi Akademiyasında təhsil aldıqdan sonra ABŞ Vətəndaş müharibəsində iştirak etmişdir.

Yaponiyada fəaliyyəti 1871-ci ildə Yaponiyada missionerlik edən Quido Verbek tərəfindən Yaponiyaya dəvət edilmişdir. O, təklifi qəbul edərək Kumamotoda yerləşən Qərb məktəbində dərs vermək üçün Yaponiyaya gəlmişdir. Ceyns yapon dilini bilməməsinə və bu dili öyrənmək istəməsə də, tədris proqramı onun tam ixtiyarına verilmişdir. O, riyaziyyat, tarix və təbiətşünaslıq dərslərini ingilis dilində vermişdir. Lakin birinci tədris ilindəki fəaliyyəti oxu və yazı ilə məhdudlaşmışdır. O, əxlaqi tərbiyə ilə də məşğul olmuşdur.

Ceyns tədrisin ilk üç ilində tələbələri ilə xristianlığı müzakirə etməkdən çəkinmişdir. Çünki o düşünür ki, tələbələrinin xristianlıq ilə Qərb elmləri arasındakı əlaqəni yaxşı başa düşmələri üçün ingilis dilini yaxşı bilməlidirlər. Onun təsiri altında 35 tələbəsi xristianlığı qəbul edərək Kumamoto bandası adı ilə tanınmışdır. Onların arasında Ebina Danco və Ukita Kazutami təhsil və siyasət sahələri üzrə xristian liderlər olmuşdurlar. Kumamotodakı mühafizəkar qüvvələrin təqibi səbəbilə 1876-cı ilin avqustunda məktəb bağlanmış, Kumamoto bandasının üzvləri Kioto şəhərində yerləşən Doşişa məktəbinə keçmişdirlər.

Ceyns bir müddət Osaka ingilis məktəbində dərslər verdikdən sonra 1877-ci ildə ABŞ-yə qayıtmışdır. 1893-cü ildə Kioto şəhərində yerləşən Üçüncü liseyə dəvət olunmuşdur. Burada 2 il dərs vermişdir. 1909-cu ildə Kaliforniya ştatında ölmüşdür.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:ABŞ pedaqoqları Kateqoriya:Yaponiyada protestantlıq Kateqoriya:Kaliforniyada vəfat edənlər Kateqoriya:Yaponiyada xarici pedaqoqlar Kateqoriya:Yaponiyadakı ABŞ qürbətçiləri Kateqoriya:Meyci hökumətinin xarici məsləhətçiləri