2022-ci ildə İrəvanda partlayış — 14 avqust 2022-ci ildə yerli vaxtla saat 13:23-də Ermənistanın paytaxtı İrəvanın mərkəzində yerləşən "Sürməli" ticarət mərkəzində baş verən güclü partlayış. Partlayış geniş dağıntılara və yanğına səbəb olmuşdur. Bu zaman onlarla insan həlak olmuş və yaralanmışdır. 17 avqustda əldə edilən məlumata görə, hadisə nəticəsində 16 nəfər həlak olmuş, 63 nəfər yaralanmış, 9 nəfər itkin düşmüşdür.
Hadisə Ermənistanın paytaxtı İrəvandakı "Sürməli" ticarət mərkəzində atəşfəşanlıq anbarında partlayış baş vermişdir. Hadisə nəticəsində böyük yanğın baş vermiş və bazarın çox hissəsi məhv olmuşdur. Hadisə yerinə 200 yanğınsöndürən cəlb olunmuşdur.
Cavab Hadisə nəticəsində zərərçəkənlərin adları ertəsi gün açıqlanmışdır. Baş nazir Nikol Paşinyan İrəvan meri Hraçya Sarkisyan, fövqəladə hallar naziri Armen Pambuxçyan, xilasetmə xidmətinin direktoru Armen Qasparyan və Müfəttişlik Orqanlarının Koordinasiya İdarəsinin rəhbəri Artur Asoyanla birlikdə hadisə yerinə baş çəkmişdir.
İstinadlar
Kateqoriya:2022-ci ildə Ermənistan Kateqoriya:Ermənistandakı fəlakətlər Kateqoriya:İrəvan Kateqoriya:14 avqustdakı hadisələr