Muradov Elburus Ənvər oğlu — Azərbaycan Respublikasının əməkdar mühəndisi.

Həyatı Elbrus Muradov 1939-cu ildə Qazaxıstanda doğulub. 1946-cı ildə Qulak-Kurqan kənd məktəbinə gedib.

Bakı şəhərinə köçdükdən sonra 156 saylı məktəbdə təhsilini davam etdirib. Orta məktəbi bitirəndən sonra 2 saylı TPM-i tamamlayıb. 1958-ci ildə texniki peşə məktəbininin elektromexanik ixtisasını bitirib, Azərbaycan Dəmir Yolunda əmək fəaliyyətinə başlayıb.

1958–1967-ci illərdə Biləcəri distansiyasında elektramexanik vəzifəsində çalışıb. İşləyə-işləyə Azərbaycan Politexnik İnstitutuna daxil olub. "Radiotexnika və radiorabitə" fakültəsini bitirib.

1967–1970-ci illərdə Bakı Metropoliteninin İMB və Rabitə xidmətində İTŞ böyük mühəndisi, 1970–1971-ci illərdə Biləcəri distansiyasında baş mühəndis, 1975–1980-ci illərdə Metropolitendə İMB və Rabitə xidmətində rəis vəzifəsində işləyib.

1980–1986-cı illərdə Azərbaycan Dəmir Yolunda baş mühəndis-rəis müavini vəzifəsində çalışıb.

1987–1992-ci illərdə Bakı Metropolitenində baş mühəndis, 1992–1997-ci illərdə "Azərbaycannəqliyyattikinti" şirkətində baş mühəndis, şirkət prezidentinin müavini vəzifələrində işləyib.

1997-ci ildən 2014-cü ilin fevral ayına qədər Bakı Metropolitenində baş mühəndis işləmişdir. 2014-cü ilin fevralından vəfat edənə qədər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri vəzifəsində çalışmışdır.

Elbrus Muradov 2014-cü il oktyabrın 17-də 75 yaşında qəfildən vəfat etmişdir.

Mükafatları Fəxri dəmiryolçu "Əməkdar mühəndis"

Həmçinin bax Sultan bəy Sultanovun nəvəsidir. Azərbaycan Respublikasının əməkdar mühəndislərinin siyahısı

İstinadlar

Kateqoriya:Sultanovlar (Kürdhacı) Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Azərbaycan Respublikasının əməkdar mühəndisləri Kateqoriya:Qazaxıstanda doğulanlar Kateqoriya:Fəxri dəmiryolçular