Müşerref Akay () — tanınmış türk müğənni və aktrisası.

Həyatı 14 yaşında "Hürriyyət" qəzetinin açdığı və Selami Şahinin qatıldığı səs yarışmasına qatılan sənətçi 1952-ci ildə İstanbulda dünyaya gəlib, Balıkəsirlidir. Anası Nebahat Akaydır. Kino karyerasına kiçik yaşlarından başlayan Akay 1971-ci ildə Yılmaz Güneyin "Baba" filmində rol alıb. Daha sonra 1983-cü ildə keçmiş həyat yoldaşı Mahmut Tezcanın prodüseri olduğu "Türkiyəm" filmində baş rolu canlandırıb. Həmin illərdə bəstəsi və sözləri özünün "Türkiyem" mahnısı ilə məşhurlaşdı. 1984-cü ildə Müşerref Akay Yılmaz Güneyin baş rolda oynadığı "Ona Çirkin Kral Derlerdi" filmində də rol aldı. Özünü dərin millətçi kimi tanıdan sənətçinin məşhurlaşdığı "Türkiyəm" mahnısına TRT tərəfindən klip çəkilib və çəkilən klip ilk yerli klip olub. Klip Türkiyə televiziyasında yayımlanır. Hətta klip bir müddət xəbər kəsilərək yayımlanıb. O, dövrün prezidenti Kənan Evrenin xüsusi icazəsi ilə klipində türk bayrağından olan paltar geyinə bilən yeganə müğənni oldu. Sənətçi ta Sovet dönəmindən bəri Azərbaycanı tez-tez ziyarət edir və burada konsertlərlə çıxış edir. Repertuarında azəri musiqi əsərlərinə də geniş yer verən sənətçi onları böyük məharətlə ifa edir.

Diskoqrafiya 1971: Nerde / Bir Sarışın 19XX: Müşerrref Tezcan – 3 — Seda Kaset 1612 19XX: Müşerref Tezcan — Dilek 2117  1975: Müşerref Tezcan — (Sarkofon 145), Kaset 1975: Müşerref Tezcan — (Uzelli 244), Kaset 1976: Müşerref Tezcan – 3 — Minareci Almanya 3219, Kaset 1976: Müşerref Tezcan – 3 / Ulu Önder Atatürk'ün Sevdiği Şarkılar — Türküola Almanya 0665, Kaset 1977: Müşerref Tezcan & Adnan Şenses — Türküola Almanya 0767, Kaset 1977: Müşerref Tezcan – LP Altın Seri 1 1979: Müşerref Tezcan – LP Altın Seri 79 1979: Müşerref Tezcan (Akay) — Beni Canımdan Ayırdı — Kaset 1984: Gitti Gidiyor — Uzelli Almanya 1108, Kaset 1986: Yıldız Tezcan & Müşerref Akay / Canım Canım — Minareci Almanya 4339, Kaset 1986: Sevda Yolları — Uzelli Türkiye 1158, Kaset 1988: Müşerref Akay — Beri Gel 1990: Müşerref Akay — Paris Konseri — Kaset 1991: Müşerref Akay — Ala Gözlüm — Kaset 1991: Müşerref Akay — Aklım Sende — Kaset 1997: Gece Kirpikli Kadın / Mega Mix Türkiyem — Spotek 0039, Kaset 2003: Müşerref Akay — Gidiyorum  2007: Müşerref Akay'' — CCM Prodüksiyon 2010 — Müşerref Akay — Türk Sanat Müziği — Arşiv Serisi 

Filmoqrafiya 1971: Baba 1971: Cehenneme Bir Yolcu 1971: Alâaddin'in Lambası 1972: Acı Sevda 1972: Elif İle Seydo 1972: Kara Doğan 1972: Kopuk 1972: Merhaba Tatlım 1972: Hayatımın En Güzel Yılları 1972: Vurma Zalim Vurma 1973: Meryem 1973: Zalim Avcı 1973: İhanet 1977: Yuvanın Bekçileri 1983: Türkiyem 1983: Ona Çirkin Kral Derlerdi

İstinadlar

Kateqoriya:1952-ci ildə doğulanlar Kateqoriya:Türkiyə aktrisaları Kateqoriya:Türkiyə müğənniləri Kateqoriya:Türkiyə milliyyətçiləri Kateqoriya:XXI əsr Türkiyə qadın müğənniləri