Aldan yaylası () — Şərqi Sibirdə, Rusiyanın Saxa Respublikasında yayla. Aldan çayının yuxarı axını (şimalda) ilə Stanovoy suayırıcısı (cənubda) arasındadır. Yüksəkliyi cənubda 1000 metr, şimalda 650–800 metr, bəzən 1,400–2,000 metrə (maksimum 2,306 m) çatır. Qışı uzundur. Yamacları tayqa meşələri ilə örtülüdür. Dəmir, kömür, mika və qızıl yataqları var.

İstinadlar

Xarici keçidlər  — Географическая энциклопедия.

Алданское нагорье.

Kateqoriya:Rusiya yaylaları Kateqoriya:Saxa coğrafiyası