– Yaponiyanın Şiqa prefekturasının Otsu şəhərində yerləşən şintoist məbədi. İkinci dünya müharibəsindən əvvəl kimi tanınırdı.

Məbəd iki hissədən ibarətdir: Şərq məbədi və Qərb məbədi. Bu iki məbəd Yaponiyanın milli xəzinəsi statusuna malikdir.

Tarixi Şərq məbədi e.ə. 61-ci ildə qurulmuşdur. İmperator Tenci 668-ci ildə paytaxtı Otsu şəhərinə köçürdükdən sonra imperator ailəsinin və Yamato sarayının qoruyucusu hesab olunan Omiva məbədinin kamisi Onamuçi üçün Qərb məbədini tikdirmişdir.

Buddizmin Tenday sektasının qurucusu Sayço 788-ci ildə Hiey dağında Enryaku məbədini qurduqdan sonra Hiyoşi məbədi bu məbədin qoruyucusu hesab olunmağa və tez-tez onunla assosiasiya edilməyə başlamışdır. Hiyoşi məbədinin bir çox davamçı məbədi tikilmişdir və onların arasında 21 böyük məbəd "Sannonun 21 məbədi" adı ilə tanınmışdır.

XIII–XVI əsrlərdə Hiyoşi məbədi güclü məbəd kimi tanınmış və məbədin akolitləri Hiey dağının döyüşçü-keşişləri ilə birlikdə siyasi cəhətdən güclü olan qrup formalaşdırmışdırlar. Məbəd XVI əsrdə Toyotomi Hideyoşi tərəfindən yenidən inşa edilmişdir.

Xüsusiyyətləri Hiyoşi məbədi Yaponiya yerləşən 3800-dən çox Hie Sanno məbədinin mərkəzi məbədi hesab olunur. Məbəd iki hissədən ibarətdir: Hiey dağının ilahı hesab olunan kami Oyamakuiyə, isə Nara prefekturasındakı Miva dağının ilahı hesab olunan Onamuçiyə həsr edilmişdir. Şərq və Qərb məbədləri hiyoşi-zukuri və şotay-zukuri adlı unikal memarlıq üslublarına görə tanınır. Bu iki məbəd Yaponiyanın milli xəzinəsi statusuna malikdir.

Məbədin illik festivalı 12–15 aprel tarixlərində baş tutur.

Qalereya

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Şiqa prefekturasındakı şintoist məbədləri Kateqoriya:Beppyo məbədləri Kateqoriya:Kanpey-tayşalar Kateqoriya:Otsu Kateqoriya:Yaponiyanın milli xəzinələri Kateqoriya:Yaponiyanın əhəmiyyətli mədəni mülkləri Kateqoriya:1586-cı ildə tamamlanmış dini tikililər