Əvəz bəy Ustaclı — Qızılbaş tayfalarından biri olan Ustaclıların Təmişli boyundan olan və XVI əsrin əvvəllərində fəaliyyət göstərmiş hərbi xadimlərindən biri. Həyatı Əvəz bəy Ustaclı XVI əsrin əvvəllərində Səfəvi imperiyasının yaranmasında və yayılmasında rol oynamış qızılbaş sərkərdələrindən biridir. O, 1514-cü ildə qısa müddət Bitlisin hakimi kimi çalışmışdır. O, Mirzə bəy Ustaclının oğlu idi və üç qardaşı var idi: Məhəmməd xan Ustaclı, Ovlaş bəy Ustaclı və Qara xan Ustaclı. Məhəmməd xan və Qara xan I İsmayılın ən vacib sərkərdələrindən biri olmuş və ona Şərqi Anadolunu ələ keçirməkdə yaxından yardım etmişdirlər. Məhəmməd xan Çaldıran döyüşündə, Qara xan isə döyüşdən sonra 1517-ci ildə Osmanlı ordusu ilə döyüşdə öldürülmüşdü. Qara xan Şeyx Heydər Səfəvinin qızı Fatma Sultan bəyim ilə evlənmişdi. Bu evlilikdən Abdulla xan Ustaclı dünyaya gəlmişdir.

İstinadlar

Mənbə

Kateqoriya:Səfəvi sərkərdələri Kateqoriya:Səfəvi bəylərbəyləri Kateqoriya:Ustaclılar