Birinci Osmanlı-Misir müharibəsi və yaxud Birinci Suriya müharibəsi — 1831–1833-cü illərdə Osmanlı imperiyası ilə Misir əyaləti arasında Kavalalı Mehmed Əli Paşanın Yunan üsyanı zamanı sultana kömək etdiyinə görə mükafat olaraq Böyük Suriyanı nəzarətə götürməsini tələb etməsi nəticəsində yaranan hərbi münaqişə. Nəticədə Misir qüvvələri müvəqqəti olaraq Suriya üzərində nəzarəti ələ keçirərək Kütahyaya qədər şimala doğru irəlilədilər. Müharibədə Rusiya imperiyası da dolayısı ilə iştirak edib.E.R. Toledano. (2012). "Muhammad Ali Pasha." Encyclopedia of Islam, Second Edition. Tarixi 250px|thumb|left|Kavalalı İbrahim Paşanın portreti Kavalalı Mehmed Əli Paşanın hakimiyyəti altında Misir faktiki olaraq Osmanlı imperiyasından asıllılığını minimuma endirmişdi. Misrin müstəqilliyuə can atması sultanın və onun hökumətinin narazılığına səbəb oldu.
Hələ 1813-cü ildə Misirlə Ərəbistan vəhhabiləri arasında gedən müharibə zamanı İstanbul Mehmed Əli Paşanı daha sadiq bir fiqurla əvəzləməyə çalışırdı. Sultan Mehmed Əli Paşanın yaxın adamlarından biri olan Lətiv Paşanı Misirə vali təyin etmək haqda fərman verdi. Lakin onun bu cəhdi uğursuzluqla başa çatdı. 1813-cü ilin dekabrında Lətiv Paşa tutuldu və boynu vuruldu.Лависс Э., Рамбо А. История XIX века. т. 2. Стр. 181
Misir Yunan üsyanı zamanı Osmanlı imperiyasını dəstəklədi.David Howarth. (1976). The Greek Adventure: Lord Byron and other eccentrics in the War of Independence. New York: Atheneum, 1976. Bunun üçün Mehmed Əli Paşa türk Sultan II Mahmuddan bir sıra torpaqlar istədi. O, 1822-ci ildə Kriti, 1824-cü ildə isə oğlu Kavalalı İbrahim Paşa üçün Moreya paşalığınıЛависс Э., Рамбо А. История XIX века. т. 4 стр 340—341 paşalığını alıb Suriyaya birləşdirdi.Новичев А. Д. История Турции Часть первая (1792—1839) стр. 184 Bunlar ikili komandanlıqdan qaçmaq istəyi və bölgəyə əsgər göndərilməsi ilə bağlı xərcləri ödəmək istəyi ilə izah edildi. Sultan Mehmed Əli Paşanın tələblərini yerinə yetirdi.Новичев А. Д. История Турции. Часть первая (1792—1839). Стр. 132—133
Amma misirlilərin İbrahim Paşanın komandanlığı ilə müdaxiləsi türklərə üstünlük vermədi. 1827-ci ildə Navarin döyüşü nəticəsində Osmanlı-Misir donanması İngiltərə, Rusiya və Fransa birləşmiş donanmalarına məğlub oldu.P. Kahle and P.M. Holt. (2012) “Ibrahim Pasha.” Encyclopedia of Islam, Second Edition. 1829-cu ildə Osmanlı imperiyası Yunanıstanın muxtariyyətini, sonra isə müstəqilliyini tanımağa məcbur oldu.Новичев А. Д. История Турции Часть первая (1792—1839) стр. 174—176 İstanbulun zəifləməsindən istifadə edən bir çox yerli hökmdarlar öz hüquqlarını genişləndirməyə çalışırdılar. Onların arasında Bosniyada Hüseyn Qradaşeviç, İşkodra Sancağında Mustafa Rəşit Paşa, Bağdad vilayətində Davud Paşa, Əkkalı Abdulla Paşa Suriyada,Новичев А. Д. История Турции Часть первая (1792—1839) стр. 182—183 Van əyalətində Timur Paşa var idi.Муравьёв Т. 1. Военное и политическое состояние. Глава 1. Возмущения. Стр. 40-41
Mehmed Əli Paşa itirilmiş Moreya üçün təzminat olaraq Osmanlı sultanından Suriyanı tələb etdi, İstanbul da ona verəcəyi barədə söz verdi. Mehmed Əli Paşa Sultan II Mahmuda Ədirnə sülhü çərçivəsində Rusiyaya ödənilməli olan bütün təzminatları ödəyəcəyini boynuna götürdü. Lakin sultan bunun əvəzinə ona Krit valisi olmağı təklif etdi. Lakin Kavalalı Mehmed Əli Paşa uzun illər adaya hakim idi. Bu səbəbdən o bilirdi ki, müharibə nəticəsində viran qalmış və yunan əhalisinin əhəmiyyətli bir hissəsini itirmiş bu adada nizam-intizamın qorunması çətin başa gəlməklə yanaşı xeyli xərc tələb edəcək. Bu isə onun maliyyə vəziyyətini ağırlaşdıra bilərdi.
Sultan II Mahmud Mehmed Əli Paşanın İstanbula göndərdiyi şikayətə cavab olaraq Misir paşasının il yarımdı vergi ödəmədiyini bildirdi. Mehmed Əli Paşa yunanlar ilə müharibə zamanı sultanın xeyrinə 30.000 adam və 20 milyon frank itirməsini xatırlatdı. O, II Mahmuda etiraz edərək, onun nankorluğundan incidiyini bildirib vergi ödəməkdən imtina etdi.Лависс Э., Рамбо А. История XIX века. т. 4. Стр. 341
Müharibənin başlanması Suriyada döyüşlər 300px|thumb|right|İbrahim Paşanın Messolona hücumu. Cüzeppe Mazzolanın əsəri Mehmet Əli Paşa sultanın təklifini rədd etdi və Suriyanı özü almağa qərar verdi. Bu, istər ümumən Osmanlı imperiyasında, istərsə də Suriya əyalətində qeyri-sabitlikdən irəli gəlirdi. Əkka hakimi Abdulla Paşa təkcə bütün Suriyanı ələ keçirməyə çalışmadı (Dəməşqli Dərviş paşanı və digər hakimləri oradan uzaqlaşdırmağa çalışdı), həm də müharibə zamanı üsyankar yunanlarla əməkdaşlıq etdi. 1831-ci ildə Abdulla Paşa bir sıra Dəməşq sakinlərini üsyana və yeni hakim Səlim Paşanı öldürməyə razı sala bildi.Базили К. М. Сирия и Палестина под турецким правительством. Глава 5
Mehmet Əli Paşa bunu regionda möhkəmlənmək üçün əlverişli məqam hesab etdi. O, Abdulla Paşadan Misirdən qaçan kəndliləri geri qaytarmağı və təzminat ödəməyi tələb etdi. Mehmet Əli Paşa ilə uzun müddət ədavəti olan Vəzir Məhəmməd Xosrov Paşadan dəstək alan Abdulla Paşa bundan imtina etdi.Новичев А. Д. История Турции. Часть первая (1792—1839). Стр. 186.
Ordu Misiri tərk etməzdən əvvəl 5000 nəfərin vəba xəstəliyindən həlak olmasına baxmayaraq, 1831-ci ilin oktyabrında Mehmet Əli Paşanın oğlu Əli İbrahim Paşa qoşun toplayıb Suriyaya yollandı.
Mənbələrdə Əli İbrahim Paşanın Suriyaya hərbi ekspansiyaya yollanan qoşun sayı barədə müxtəlif məlumatlar var. Belə ki, Sıtin Əli İbrahim Paşanın ordusunun 16,5 min piyada və 3,5 min süvaridən ibarət olduğunu yazır. Buraya 5 piyada alayı, 4 süvari alayı, 68 top, 1 mühəndis batalyonu, 1 təchizat batalyonu və 1200 bədəvi daxil idi.Военная энциклопедия: Египетско-турецкие войны E.Laviss və A.Rembo isə İbrahim Paşanın 30 min əsgəri, 50 səhra topu və 19 minaatan olduğunu qeyd edir. Bazili Sinay səhrasını keçən 9 min nizami süvari, iki səhra artilleriya batareyası və min bədəvidən və Suriyaya eniş edən 40 gəmidə (7 freqat və 33 başqa) mühasirə artilleriyası ilə təxminən 7 minlik desant qüvvəsindən danışır. A.D.Noviçev yazır ki, əməliyyatda 40 gəmi (23 hərbi və 17 mülki) və misirlilərin 20-25 minlik ordusu iştirak edib.Новичев А. Д. История Турции. Часть первая (1792—1839). Стр. 187
Noyabrın 2-də əsas birliklər Abdullanın qarşı hərəkətə başladı. Noyabrın 8-də İbrahim Paşanın başçılıq etdiyi Misir desant dəstəsi Yaffa şəhəri yaxınlığında müvəffəqiyyətlə quruya çıxdı. Ordu müqavimətə rast gəlmədən şəhəri işğal etdi. İkinci ordu Sinay səhrasını keçərək Qəzzanı ələ keçirdi. 1831-ci ilin noyabrında Suriya valisinin qoşunlarının ya misirlilərin tərəfinə keçməsindən, ya da dağılışmasından istifadə edən hər iki ordu Hayfada birləşərək Əkkaya doğru irəliləməyə başladı. Sərəncamında 6000 əsgər və 400 topu olan Abdulla Paşa əmin idi ki, Misir ordusu da Napoleon kimi qalanı ala bilməyəcək. İbrahim Paşa ordunun bir hissəsini Əkkanı mühasirədə saxlamaq üçün qoydu, qalanları ilə birlikdə isə şimala doğru hərəkət etdi. Hələ mühasirə başlamamış Abdulla Paşa Livan əmiri II Bəşirə və İstanbula kömək üçün qasidlər göndərdi. İbrahim Paşada II Bəşirdən kömək istədi. Abdullanın İstanbuldan alacağı yardımın gecikəcəyini anlayan Livan əmiri uzun tərəddüddən sonra misirlilərin tərəfinə keçdi. İbrahim Paşanın qoşunları Sur, Sayda, Beyrut və Tarablus şəhərlərini tutdular. Fələstinin dağ tayfalarını tabe etdikdən sonra İbrahim Paşa Qüdsü işğal edərək xristian və yəhudi ruhanilərini vergilərdən azad etdi. 250px|thumb|left|1833-cü ildə II Mahmud ilə sülh razılaşmasından sonra Misirli Məhəmməd Əlinin nəzarətində olan ərazi. Münaqişəyə birbaşa müdaxilə etməyə gücü çatmayan İstanbul diplomatik yollarla hərəkət etməyə çalışdı. 1 dekabr 1831-ci ildə Osmanlı hakimiyyəti Məhəmməd Əli ilə Abdulla Paşa arasındakı mübahisənin Sultan II Mahmudun məhkəməsinə verilməsini tələb etdi. Misir qoşunları bölgəni tərk etməli idi və Abdulla Paşaya Misirin daxili işlərinə qarışmaq qadağan edildi. Bunu tələb edən İstanbul Mustafa Nazif Əfəndini danışıqlar üçün Məhəmməd Əlinin yanına göndərdi. Misir paşası karantin bəhanəsi ilə onu bir ay təcriddə saxladı. Görüşdən yayınan Məhəmməd Əli ordusu vəba xəstəliyindən əziyyət çəkən, lakin Əkkanı mühasirədə saxlayan oğlu İbrahimə (40 min) əlavə qüvvələr göndərdi.Новичев А. Д. История Турции. Часть первая (1792—1839). Стр. 188 Səfiri karantində saxlayan Məhəmməd Əli İstanbulla yazışmağa davam edirdi. O, Osmanlı sarayına xidmətlərini xatırladır, Əkka və Dəməşq paşalıqlarının ona verilməsini xahiş edirdi.
Dekabrda Sultan Yaxın Şərqin Əyalətlərinə bir sıra yeni paşalar təyin etdi. Hələbə Mehmet Paşa, Dəməşqə Əli Paşa, Trablusa Osman Paşa göndərildi. Üstəlik, Mehmet Paşa Ərəbistan sərəskəri təyin edilmişdi ki, ona kömək üçün Kayseri, Konya, Maraş, Sivas, Adana paşaları öz qoşunlarını göndərməli idilər.
1832-ci ilin yanvarında Əkkanı mühasirəyə alan qoşunlar onun artilleriyasına ağır zərbə vurmağa və hətta mqdafiəni yarmağa müvəffəq oldular. Lakin hücum cəhdi uğursuz oldu və Misir donanması İsgəndəriyyəyə qayıtdı. Belə bir vəziyyətdə Məhəmməd Əli Mustafa Nazif Əfəndini qəbul etmək məcburiyyətində qaldı, lakin razılaşma əldə olunmadı: tərəflər öz mövqelərində dayanmağa davam etdilər. Mart ayında II Mahmud misirlilərin danışıqlar yolu ilə qovula bilməyəcəyinə qərar verərək, fətva verdi: Məhəmməd Əli və İbrahim Paşalar xain elan edildi. Ağa Hüseyn Paşa Misir, Krit və Ciddə paşası və ordu komandanı təyin edildi. Hələbdə Mehmet Paşanın qoşunları ilə birləşən bu ordu Məhəmməd Əlini Suriyadan qovmalı idi. 12 aprel 1832-ci ildə ordu Şkoderdən yola düşdü.Новичев А. Д. История Турции. Часть первая (1792—1839). Стр. 188—189
Tərəflərin qüvvələri Osmanlı ordusu Nikolay Muravyovun məlumatına görə, 1831-ci ilin mayında türk nizami ordusu aşağıdakı qüvvələrdən ibarət idi:Муравьёв Т 1 Военное и политическое состояние Глава 3 Военные силы Турции стр.68-69 45 min nəfərdən ibarət 15 piyada alayı (yəni 4 batalyon); 9 süvari alayı, 4980 nəfər heyətlə; 4 artilleriya taboru; "Qvardiya" bölmələri. Osmanlı donanması Misirdən daha güclü idi və 10 döyüş gəmisinə malik idi.Муравьёв Т 1 Военное и политическое состояние Глава 3 Военные силы Турции стр.85
1832-ci ildə 160 topu olan Ağa Hüseyn Paşanın 60.000-lik ordusu misirlilərə qarşı göndərildi.Новичев А. Д. История Турции. Часть первая (1792—1839). Стр. 189 Muravyov-Karski qeyd edir ki, qoşun 57.000 nəfərdən ibarət idi (o cümlədən 28.000 nizami), onlardan 3.000-ə qədəri isə mülki işçilər təşkil edirdi. Bu ordunun yalnız 40 mini Konyaya çata bildi.Муравьёв, Т.1. Военное и политическое состояние. Глава 5. Приготовления к войне. Стр.117-118
Bundan əlavə Trablisli Osman Paşanın 10.000-lik ordusu və Hələbli Mehmet Paşanın ordusu da bura daxil idi.
Xəlil Paşanın donanması 1832-ci ildə 29 gəmidən ibarət idi:Муравьёв, Т.1. Военное и политическое состояние. Глава 5. Приготовления к войне. Стр.120
iki - 3 göyərtəli dörd 2 göyərtəli bir paroxod yeddi freqat 26-lıq topa malik 10 korvet dörd briq bir tender Həmçinin 4 döyüş gəmisi və 10 freqat inşa edilirdi.
Misir ordusu A.M.Rodrigesə görə, 1830-cu ildə Misir ordusunun sayı 150 min nəfər, donanması isə 32 gəmidən ibarət idi.Родригес Новая история стран Азии и Африки. Ч. 3. Стр. 137 N.N.Muravyov-Karskiyə görə, 1831-ci ildə Misir ordusu təqribən 70 min nəfərdən ibarət idi:Муравьёв Т 1 Военное и политическое состояние Глава 4 Военные силы Египта стр. 89
15 nizami piyada alayı 1 Qvardiya Piyada Alayı 8 nizami altı eskadrilya süvari alayı (hər birində 133 nəfər) 3 artilleriya batalyonu (hər biri 800 nəfər) 3 pioner batalyonu Misir donanması 23 gəmidən ibarət idi:Муравьёв Т 1 Военное и политическое состояние Глава 4 Военные силы Египта стр. 106—107 bir 140-lıq top gəmisi üç 100-lük top gəmisi bir 74-lük top gəmisi altı 60-lıq toplu freqat dörd 22-lik toplu korveti dörd briqada dörd gəmi Bundan əlavə, tərsanələrdə 3 gəmi (140-lıq topla təhciz olunmuş "Əkka", 100-lük "Qomez" və 90-lıq "Beylan") var idi.