– Yaponiya arxeoloqu, antropoloqu, etnoloqu və folklorşünası. Çin, Koreya, Tayvan, Rusiya və digər ölkələrdə apardığı tədqiqatlara görə tanınır.

Həyatı Ryuzo Torii 1870-ci ildə Yaponiyanın Tokuşima şəhərində doğulmuşdur. O, gənc yaşlarından etibarən antropologiya, arxeologiya və tarixə maraq göstərmişdir. 1892-ci ildə antropoloq Şoqoro Tsuboyun tələbəsi olmuş, daha sonra Tokio Universitetinin Elm kollecində nümunə təsnifçisi kimi işləməyə başlamışdır. Torii antropologiya üzrə formal təhsil almasa da, Tokio Universitetinin antropologiya fakültəsinin başçısı təyin olunmuşdur.

Torii 1921-ci ildə Tokio Universitetinin köməkçi professoru, daha sonra isə Kokuqakuin və Sofiya universitetlərinin professoru olmuşdur. 1929-cu ildə Pekinin Yantszin Universitetinə professor kimi dəvət olunmuşdur. 1951-ci ildə Yaponiyaya qayıtmış və 1953-cü ildə Tokioda ölmüşdür.

Elmi töhfələri Toriinin tədqiqat sahələri antropologiya, folklor, dilçilik və arxeologiya olmuşdur. O, 1895–1910-cu illərdə Lyaodun yarımadası, Yalu hövzəsi, Tayvan, Kuril adaları, Mancuriya, Okinava, Monqolustan, Koreya və Saxalində tədqiqat ekspedisiyalarına başçılıq etmişdir. Koreyaya 20-dən çox tədqiqat səyahəti etmiş, Pxenyan şəhərinin Nannan rayonundakı qədim tumulusları ətraflı tədqiq etmişdir. Növbəti illərdə Lyao və Çzin sülalələrinin mədəniyyətini araşdırmışdır.

Torii 1917-ci ildə Yaponiyanın Comon və Yayoy dövrlərinin mədəniyyətini araşdırmağa başlamış və bu iki dövr haqqında "Suvaşi" (1924, "Suva tarixi") və "Yişi izen no Nippon" (1925, "Tarixöncəsi Yaponiya") kimi elmi əsərlər yazmışdır.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya arxeoloqları Kateqoriya:Yaponiya antropoloqları Kateqoriya:Yaponiya folklorşünasları Kateqoriya:Tokio Universitetinin müəllimləri