– Yaponiya arxeoloqu və fiziki antropoloqu.

Həyatı Şoqoro Tsuboy 1863-cü ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. 1884-cü ildə Tokio Universitetində zoologiya üzrə bakalavr təhsili alarkən Şozo Arisaka ilə birlikdə Mukoqaoka qabıq təpəsində qazıntı işləri aparmış və Yayoy dulusçuluğunun ilk nümunələrini kəşf etmişdir.

O, 1884-cü ildə Antropologiya Assosiasiyasının əsasını qoymuşdur. Tokio Universitetindən antropologiya üzrə məzun olduqdan sonra 1889–92-ci illərdə Britaniya və Fransada təhsil almışdır. Qayıtdıqdan sonra 1893-cü ildə Tokio Universitetində antropologiya üzrə ilk kursları təşkil etmişdir. Ryuzo Torii 1892-ci ildə Tsuboyun tələbəsi olmuşdur.

Tsuboy yaponların mənşəyi haqqında irəli sürdüyü nəzəriyyələrə görə tanınır. Məsələn, onun nəzəriyyəsinə görə aynu mifologiyasındakı koropokkurular arxipelaqın ilk sakinlərini təmsil edirlər. O, Koqoişi strukturları haqqında nəzəriyyələr də vermişdir. Lakin onun nəzəriyyələri daha sonra qüvvədən düşmüşdür. Tsuboy yokoanalarda və qabıq təpələrində apardığı qazıntı işləri haqqında ətraflı hesabatlar yazmışdır. Hesabatları Tokio Antropologiya Cəmiyyətinin "Jinrui gakkai hokoku" jurnalında nəşr olunmuşdur.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya arxeoloqları Kateqoriya:Yaponiya antropoloqları Kateqoriya:Tokio Universitetinin müəllimləri Kateqoriya:Fiziki antropologiya