thumb|Hirondo Tomizu.|220px – 1903-cü ildə Tokio Universitetindən olan yeddi professorun Rusiya haqqında yazdıqları bəyanatla əlaqədar baş vermiş insident.
Arxa plan Rus-yapon müharibəsinin başlamasından 8 ay öncə – 1903-cü ilin iyununda Tokio Universitetinin yeddi professoru yazılı bəyanat yayaraq Yaponiya hökumətinin Rusiyaya qarşı siyasətini qorxaq adlandırmışdır. Bu professorların çoxu universitetin hüquq fakültəsindən idilər. Masaaki Tomii, Hirondo Tomizu və digər beş professor baş nazir Katsuro Taroya xəbərdarlıq edərək Yaponiyanın hərbi cəhətdən güclü olduğu bu dövrdə Rusiyaya müharibə elan etməli olduqlarını bildirmişdirlər.
Yeddi professorun bəyanatı "Tokyo niçiniçi şinbun" qəzetində nəşr olunduqdan sonra ictimaiyyətin ümumi fikrinə də təsir etmiş və ölkədəki müharibə tərəfdarların sayı artmışdır.
İnsident Müharibədən sonra professorlar Portsmut sülh müqaviləsinin şərtlərinə qarşı çıxmış, Yaponiyanın Karafutonu və Sibir sahillərinin bir hissəsini işğal etməli olduğunu müdafiə etmişdirlər.
Yaponiya hökuməti Tomizunu Tokio Universitetindəki vəzifəsindən azad edəndə hüquq fakültəsi buna etiraz edərək Təhsil Nazirliyini akademik azadlığı pozmaqla ittiham etmişdir. Universitetin prezidenti vəzifəsindən istefa etmiş, bütün fakültə universitetdən çıxacağını bildirmişdir. Nəticədə, təhsil naziri Kubota Yuzuru istefa etmiş və Tomizu universitetə qayıtmışdır.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Tokio Universiteti Kateqoriya:Rus-yapon müharibəsi Kateqoriya:Yaponiyanın xarici siyasəti Kateqoriya:1903-cü ildə Yaponiya