Teymur Babayev (Babayev Teymur Əsəd oğlu; 11 sentyabr, 1938, Bakı, Azərbaycan SSR) — Tibb elmləri doktoru, professor.Babayev Teymur Əsəd oğlu // Azərbaycan Milli Ensiklopediyası / red hey. sədri İ.H.Əliyev; məsul katib T.M.Nağıyev.- II Cild.- Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2010.- S.587.
Haqqında Babayev Teymur Əsəd oğlu 1938-ci il sentyabr ayının 11-də Bakı şəhərində anadan olmuşdur. 1956-1961-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki ATU) təhsil almışdır. 1961-ci ildə Sabirabad rayonunda həkim-stomatoloq kimi işləmişdir. 1965-ci ildə ATU-nun aspiranturasına daxil olmuş, 1969-cu ildə elmlər namizədi dissertasiyasını müdafiə etmişdir. Daha sonra 2 il 4 saylı Stomatoloji poliklinikada cərrah-stomatoloq vəzifəsində çalışmışdır.
1971-2007-ci illərdə ATU-nun Cərrahi stomatologiya kafedrasında fəaliyyət göstərmişdir. T.Babayev 1971-ci ildən ATU-nun Cərrahi stomatologiya kafedrasında assistent, 1977-ci ildən dosent, 1987-2007-ci illərdə həmin kafedraının müdiri vəzifəsində çalışmışdır. 1981-ci ildə Moskvada doktoranturaya qəbul olmuşdur. 1990-cı ildə tibb elmləri doktoru elmi dərəcəsinə, 1991-ci ildə professor elmi adına layiq görülmüşdür. 2007-ci ildən ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının professorudur. Tədqiqatları anadangəlmə və qazanılmış qüsurların cərrahi müalicəsi probleminə həsr edilmişdir. Elmi kadrların hazırlanmasına böyük xidmətləri olmuşdur.
Əsərləri
Babayev T.Ə., Fərəcov E.H., Arxməmmədov A.M., Orucov A.Q,, Kərimov F.R. Xroniki pereodontitli xəstələrin cərrahi müalicəsinə yeni baxım / Professor B.X. Abbasovun 80 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın materialları. Bakı: 2003, s.140-141. Бабаев Т.А., Фараджов Э.Г., Архмамедов А.М. Лечение больных с полной нижнечелюстной адентией // Cərrahiyyə, 2005, №1, s.101-105. Babayev T.A., Farajov E.H., Ibragimov R.E. Approach to immediate implant placement into infected tooth socket / 4th International Congress of the Iranian Society Of Oral and Maxillofacial Surgeons, Teheran, Iran, 2008, p. 124.
İstinadlar
Kateqoriya:Tibb elmləri doktorları