– Yaponiyanın İvate prefekturasının Oşu şəhərində yerləşmiş və Yeni Zelandiyaya həsr olunmuş əyləncə parkı. 2017-ci ildə bağlanmışdır.

Tarixi Park 1989-cu ilin iyulunda Oşu şəhərinin Koromoqava rayonunda açılmışdır. Yaponiyada Yeni Zelandiya mədəniyyətinə həsr olunmuş dörd parkdan sonuncusu olan Tohoku parkı ən yaxşı dövründə illik 200.000 ziyarətçi qəbul etmişdir. Lakin parka maraq azalmağa başlamış, 2015-ci ildə parkda baş verən insidentdən sonra illik ziyarətçi sayı 93.000-ə düşmüşdür. Park baxımsız vəziyyəti düşmüş, attraksionlarının çoxu sınmış, bir çox tikilisi qapadılmışdır. 2017-ci ilin yanvarında tamamilə bağlanmış və ərazisi Pooky adlı şirkətə satılmışdır.

Parkda ferma heyvanlarına aid kiçik kolleksiya, daş sobalar, bağlar, qo-kart meydançası mövcud olmuşdur.

Həmçinin bax Şikoku Yeni Zelandiya kəndi Hiroşima Yeni Zelandiya kəndi Yamaquçi Yeni Zelandiya kəndi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yaponiyadakı əyləncə parkları Kateqoriya:İvate prefekturasının görməli yerləri Kateqoriya:Yaponiya–Yeni Zelandiya münasibətləri Kateqoriya:1989-cu ildə yarananlar Kateqoriya:2017-ci ildə ləğv olunanlar