Ceyms Krilman (; ) – ABŞ–Kanada müxbiri. Sarı jurnalistikanın nümayəndələrindən biri olmuşdur.

Həyatı Ceyms Krilman 1859-cu ildə Monreal şəhərində doğulmuş, 1872-ci ildə Nyu-York şəhərinə köçmüşdür. Burada "Brooklyn Eagle" və "New York Herald" kimi bir neçə qəzetdə işləmişdir. Krilman sarı jurnalist hesab olunurdu, müsahibələrinə və məqalələrinə öz şərhlərini əlavə edirdi. 1894-cü ildə Yaponiya ordusunu müşayiət edərək "New York World" qəzetində Yaponiya-Çin müharibəsini işıqlandırmışdır.

1898-ci ildə Vilyam Rendolf Herst Kuba müstəqillik müharibəsini "New York Journal" qəzetində işıqlandırması üçün onu müxbir kimi tutmuşdur. Krilman Kubanın tərəfini dəstəkləmiş, İspaniyaya məxsus bir blokhauzu ələ keçirmək üçün ABŞ əsgərlərinə kömək etmişdir. Krilman döyüş zamanı yaralanmışdır.

Krilman "New York Journal" üçün yazmağa davam etmiş, 1906-cı ildə dövlət qulluqçusu olmuşdur. Birinci Dünya müharibəsini işıqlandırmaq üçün "New York Journal" qəzetinə qayıtmışdır. 1915-ci ildəki ölümünə qədər müxbirlik etməyə davam etmişdir.

Əsərləri "On the Great Highway: The Wanderings and Adventures of a Special Correspondent" (1901, "Böyük yol üzərində: Xüsusi müxbirin səyahətləri və macəraları")

İstinadlar

Ədəbiyyat

Kateqoriya:ABŞ jurnalistləri Kateqoriya:Kanada jurnalistləri Kateqoriya:Şotlandəsilli şəxslər Kateqoriya:Nyu-York şəxsləri