Valeri Vladimiroviç Belenki (; ) — SSRİ, Azərbaycan və Almaniyanı təmsil etmiş keçmiş gimnast. XXV Yay Olimpiya Oyunlarının qızıl və bürünc mükafatçısı, dördqat dünya çempionu. Valeri Belenkinin adı 2013-cü ildə Beynəlxalq Yəhudi İdman Şöhrət Zalına, 2015-ci ildə isə Beynəlxalq Gimnastika Şöhrət Zalına daxil edilib.

İdmançı karyerası Valeri Belenki 5 sentyabr 1969-cu ildə Bakıda yəhudi ailəsində anadan olub. Gimnastikaya nisbətən gec, 10 yaşında başlayıb. İlk məşqçisi Aleksey Arekov olub.

14 yaşında olarkən SSRİ yığmasına dəvət edilib. 1989-cu ildə SSRİ yığmasının tərkibində dünya çempionu adını qazanıb. Bir il sonra ABŞ-nin Sietl şəhərində keçirilmiş Xoş Məramlı Oyunlarda qollarda və halqalarda qızıl, at üzərində və sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada isə bürünc medala sahib çıxıb. 1991-ci il dünya çempionatında SSRİ yığmasının tərkibində komanda hesabında və at üzərində hərəkətlərdə qızıl medal qazanıb. 1992-ci ildə İspaniyanın Barselona şəhərində baş tutmuş XXV Yay Olimpiya Oyunlarında Birləşmiş Komandanın tərkibində komanda hesabında qızıl, çoxnövçülük üzrə hərəkətlərdə isə bürünc medal qazanıb.

Belenki o dövrlərdə Azərbaycanda Gimnastika Federasiyası olmadığından, 1994-cü ildə Almaniyanın Ştutqart şəhərinə köçmüş və bu ölkəni təmsil etməyə başlamışdır. 1996-cı ildə ABŞ-nin Atlanta şəhərində keçirilmiş XXVI Yay Olimpiya Oyunlarında komanda birinciliyində və çoxnövçülük üzrə hərəkətlərdə mübarizə aparsa da, medal qazana bilməyib. Bir il sonra İsveçrənin Lozanna şəhərində baş tutmuş dünya çempionatında at üzərində hərəkətlərdə qızıl medala sahib çıxıb.

Məşqçi karyerası Belenki idmançı karyerasını bitirdikdən sonra Almaniyada qalıb və məşqçi kimi fəaliyyət göstərməyə başlayıb. Onun yetirmələrindən olan gimnast Marsel Nquen, 2012 London Yay Olimpiya Oyunlarınında paralel qollarda və çoxnövçülük üzrə hərəkətlərdə gümüş medal qazanıb.

2020-ci ildə Almaniya millisinin baş məşqçisi olub.

İstinadlar

Xarici keçidlər Valeri Belenki Jewishsports.net saytında

Kateqoriya:SSRİ yəhudiləri Kateqoriya:Azərbaycan yəhudiləri Kateqoriya:SSRİ gimnastları Kateqoriya:Azərbaycan gimnastları Kateqoriya:1992 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:1992 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:Gimnastika üzrə dünya çempionları Kateqoriya:1992 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:Olimpiya qızıl medalına sahib SSRİ idmançıları Kateqoriya:Olimpiya medallı gimnastlar Kateqoriya:Almaniyanın olimpiya gimnastları Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:Almaniya vətəndaşlıq hüququnu almış şəxslər