thumb|250px|Azərbaycan Lülə kababı Lülə kabab - qiymədən uzunsov formada hazırlanan kabab növü. Xarici görünüşü odlu silah lüləsinə oxşadığına görə belə ad verilmişdir.
Azərbaycan mətbəxinə xas milli yemək növü sayılır.
Tərkibi
Qoyun əti - 500q, quyruq - 200q, baş soğan - 20q, göy soğan 40q, cəfəri və reyhan - 15q, buğda unu - 45q, sumaq - 3q, duz, istiot.
Hazırlanma qaydası thumb|250px|Tikə kabab və lülə kabab Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurularaq yaxşıca qarışdırılır. Qiymə əvvəlcədən soyumaq üçün soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov kotlet formasına salınır. Lüləkabab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkabab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir. Lüləkababın yanına halqavari doğranmış baş soğan, sumaq, yaxud şişdə qızardılmış pomidor və badımcan verilir./
Həmçinin bax Azərbaycan mətbəxi Kabab
Xarici keçidlər Evdə lülə kabab hazırlamaq
Kateqoriya:Azərbaycan kababları Kateqoriya:Ət kababları Kateqoriya:Şişə keçirilən kabablar Kateqoriya:Ət