Bulyon — Azərbaycan mətbəxinin ənənəvi milli yeməklərindən biridir.

Zəfəranlı bulyon Tərkibi:

Qoyun və ya mal sümüyü — 250q; Baş soğan — 20q; Yerkökü — 20q; Cəfəri — 10q; Keşniş və ya şüyüd — 10q; Zəfəran — 0,2q; Duz — zövqə görə.

Hazırlanma qaydası: Sümüklər yuyulur və xırda doğranır. Qazana yerləşdirilərək su ilə doldurulur və qızdırılır. Bişirmə zamanı üzərində əmələ gələn kəf və artıq yağ mütəmadi olaraq yığılır. Coşqun qaynamağa yol verilmədən, bulyon təxminən 5 saat ərzində bişirilir. Bişməyə 1-1,5 saat qalmış doğranmış soğan, yerkökü, cəfəri və duz əlavə olunur. Hazır olduqdan sonra zəfəran şirəsi qatılır və bulyon süzülür.

Bulyon yalnız sümükdən deyil, ətdən də hazırlanır. Süfrəyə verildikdə üstünə xırda doğranmış təzə göyərti (şüyüd, keşniş və s.) səpilir. İsti halda verilir və qidalandırıcı xüsusiyyətlərinə görə, xüsusilə, soyuq aylarda tövsiyə olunur.

Mənbə Azərbaycanın sulu xörəkləri

Kateqoriya:Şorbalar