Həm sevincdə, həm kədərdə (hindcə: कभी ख़ुशी ख़ुशी कभी कभी ग़म-->, Rom: Kabhi Khushi Kabhie Gham) — rejissoru Karan Johar olan Bollivud filmidir. Filmdə Amitabh Bachchan, Jaya Bachchan, Shahrukh Khan, Kajol, Hrithik Roshan, Kareena Kapoor və Rani Mukerji çəkilmişdirlər. Film Kuch Kuch Hota Hai filmindən sonra çəkilmişdir.
Süjet xətti
Rahul Yaşvardhan və Nandinin ögey övladıdır. O məktəbi bitirib gələndə qardaşı Rohan 9 yaşındadır. Rahulun atası Hindistanın zəngin insanlarından biridir. O, oğlunu ən yaxın dostunun qızı Naina ilə evləndirmək istəyir, lakin Rahul onların evində dayə işləyən qadının qardaşı qızı Ancaliyə aşiq olur. Rahulun atası buna qarşıdır və Rahul vəziyyəti izah etmək üçün Ancalinin yanına gedəndə Ancalinin atasının öldüyünü görür və elə həmin gün onunla evlənir. Bundan xəbər tutan atası Rahuldan imtina edir. Rahul İngiltərəyə gedir, bir daha geri qayıtmır. Bu arada Rohan 10 ildən sonra məktəbi bitirib nənələrinin yanına qayıdır və orada qardaşının ögey qardaş olduğunu və eyni zamanda da baş vermiş olan bütün hadisələri öyrənir və bundan sonra atası ilə böyük qardaşını barışdırmaq üçün hərəkətə keçir.
Aktyorlar və rolları
Amitabh Bachchan --> Yashvardhan "Yash" Raichand Jaya Bachchan --> Nandini Raichand Shahrukh Khan --> Rahul Raichand Kajol--> Anjali Sharma Raichand Hrithik Roshan --> Rohan Raichand Kareena Kapoor --> Pooja Sharma Raichand Farida Jalal --> Sayeeda Rani Mukerji --> Naina Kapoor Achala Sachdev --> Rohanın nənəsi Sushma Seth --> Rohanın nənəsi Johnny Lever --> Haldiram Simone Singh --> Rukhsaar Alok Nath --> Bauji Aryan Khan --> Rahul (uşaqlığı) Jibraan Khan--> Krish Rahul Raichand Amar Talwar --> Mr. Kapoor (Nainanın atası) Ramona Sunavala --> Sonya Jeroo Writer --> Tanya Vikas Sethi --> Robbie Shilpa Mehta --> Ashfaquein anası Ashutosh Singh --> Ashfaque Paarzun Dastur --> Ashfaquein əmisi Jugal Hansraj --> Rohanın dostu
İstinadlar Kateqoriya:Ata-oğul münasibətlərindən bəhs edən filmlər Kateqoriya:London haqqında filmlər Kateqoriya:Disfunksional ailələr haqqında filmlər Kateqoriya:2001-ci ilin dram filmləri Kateqoriya:Londonda çəkilən filmlər Kateqoriya:Bakingemşirdə çəkilən filmlər Kateqoriya:Hindcə filmlər Kateqoriya:Ana-oğul münasibətləri haqqında filmlər Kateqoriya:Karan Coharın filmləri Kateqoriya:Jatin-Lalitin bəstəkarı olduğu filmlər Kateqoriya:Hindistanın romantik dram filmləri Kateqoriya:Mumbayda çəkilmiş filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Romantik filmlər Kateqoriya:Dramlar Kateqoriya:Musiqili filmlər