Kyell Abell (; ) — Danimarka dramaturqu, fəlsəfi və simvolik dramın yaradıcısı.

Həyatı Kyell Abell 25 avqust 1901-ci ildə Danimarkanın Ribe şəhərində anadan olmuşdur. O, 1927-ci ildən teatr rəssamı işləmişdir. Fəlsəfi və simvolik antifaşist pyeslərinin, "İtirilmiş melodiya" (1935), "Anna Sofi Hedviq" (1939), "Silkeborq" (1946) komediyalarının müəllifidir. Onun "Andersen və ya həyatının nağılı" (1955), "Kameliyaların xanımı" (1959) və "Fəryad" (1961) dramları bədbinliklə doludur.Абелль Кьелль. Энциклопедический словарь. 2009.

İstinadlar

Əlavə ədəbiyyat The Cambridge Guide to Theatre. / ed. by Martin Banham. — Cambridge University Press, 1992. The Oxford Companion to the Theatre. / ed. by Phyllis Hartnoll. — Oxford University Press, 1983. Frederick J. Marker. Kjeld Abell. — Gloucester, Mass., 1976. Sven Møller Kristensen. Dansk litteratur 1918—1952. — 2. ed. — Copenhagen, 1965.

Kateqoriya:Danimarka dramaturqları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:Dramlar