Sevgi haqqında bir neçə söz (hind: ढ़ाई अक्षर प्रेम के, Rom: Dhaai Akshar Prem Ke) — 2000-ci ildə hind dilində çəkilmiş olan hind melodramıdır.

Süjet xətti

Məzuniyyətə çıxan Kapitan Karan doğma şəhərinə gəlir. Vağzalda olarkən kollec tələbəsi Sahibəni ona hücum edən bir dəstə quldurdan xilas edir. İnsidentdən sonra Karan Sahibəni evinə qədər ötürür. Bunu görən məhəllə sakinləri və ailə üzvləri Karanın qızın adaxlısı olduğunu güman edirlər. Zabit məsələnin nə yerdə olduğunu izah etməyə çalışsa da, onu heç kim dinləmək istəmir. Bunu görən Karan xəlvətcə aradan çıxmağa qərar verir. Ancaq evdə onu böyük sürpriz gözləyir.

İstinadlar Kateqoriya:Adaptasiyalara əsaslanan filmlər Kateqoriya:Qazilər haqqında filmlər Kateqoriya:Hindcə filmlər Kateqoriya:Jatin-Lalitin bəstəkarı olduğu filmlər Kateqoriya:Hindistanın romantik dram filmləri Kateqoriya:2000-ci ilin filmləri Kateqoriya:Hindistanın remeyk filmləri Kateqoriya:Amerika filmlərinin hind remeykləri