Kriş (hind: कृष, Rom: Krrish) — rejissor Rakeş Roşan tərəfindən çəkilmiş və 23 iyun 2006-cı ildə ekranlara çıxan hind fantaziya filmidir. “Sən tək deyilsən” filminin davamıdır və bu filmin eyni zamanda da “Krrish 3” adlı davam filmi mövcuddur.

Süjet xətti

Krişna Mehra fövqəltəbii gücləri “Cadu” adlı yadplanetli ilə qarşılaşma nəticəsində yaranan vunderkind uşaq Rohit Mehranın oğludur. Bu qabiliyyətlər Krişnadan da yan keçməmişdir. Rohit Mehra isə məkrli həkim Aria tərəfindən oğurlanmışdır. Nəvəsini bəd nəzərlərdən mühafizə etmək üçün Krişnanın nənəsi onu uzaq bir kəndə aparır.

Lakin taleyin iradəsi ilə artıq yetkinləşib güclənən Krişna atasının uzun illər gizli şəkildə saxlandığı Sinqapura gəlir.

Krişnanın gəlişi ilə eyni vaxtda şəhər əhalisinin gözü qarşısında Kriş adlı sirli maskalı qəhrəman da peyda olur.

İstinadlar Kateqoriya:İnformatika haqqında filmlər Kateqoriya:Televiziya şoularına adaptasiya edilmiş filmlər Kateqoriya:Jurnalistlər haqqında filmlər Kateqoriya:Hindcə filmlər Kateqoriya:Hindistanın döyüş filmləri Kateqoriya:Sirk filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Romantik filmlər Kateqoriya:2000-ci illərin superqəhrəman filmləri Kateqoriya:Yadplanetlilərin ziyarəti haqqında filmlər Kateqoriya:Musiqili filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:2006-cı ilin filmləri