Cavadov Mədaxil Məqatil oğlu (Mədaxil Cavadlı) — şair, publisist, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı Mədaxil Cavadlı 1 mart 1958-ci ildə Ağsu rayonunun Sanqalan kəndində anadan olmuşdur. Kənd səkkizillik məktəbi, Sumqayıt şəhərində 44 saylı peşə məktəbini bitirmişdir. Bakı Sənaye Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1976–1978). Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1978–1980).

Marksizm-leninizm universitetinin dinləyicisi olmuşdur (1982–1984). Hazırda Sumqayıt şəhərində 14 saylı orta məktəbdə direktor müavinidir (1994-cü ildən). Eyni zamanda Rusiya Federasiyasında nəşr olunan "Gülüstan" qəzetinin Sumqayıt şəhəri üzrə təmsilçisidir (2000).

Yaradıcılığı XX əsrin 90-cı illərindən dövri mətbuatda lirik şeirləri ilə çıxış edir. "Bu yurdun alınmaz dağları qala", "Sevgi məktubları", "Ümid işığı" və s. almanaxlarda lirik şeirləri çıxmışdır. "Üzü göyə yol gedirik" şeirlər toplusu 2001-ci ildə Hərbi nəşriyyatda çap olunmuşdur.

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Publisistlər Kateqoriya:Ağsuda doğulanlar Kateqoriya:1958-ci ildə doğulanlar