Budapeşt memorandumu - 5 dekabr 1994-cü ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən ATƏT-in konfransında Belarus, Qazaxıstan və Ukraynanın Nüvə silahının yayılmaması müqaviləsinə qoşulması ilə bağlı təhlükəsizlik təminatlarını təmin etmək üçün imzalayan tərəflər tərəfindən imzalanmış üç bərabər tərəfli siyasi müqavilədir. Memorandum əvvəlcə üç nüvə dövləti, Rusiya, ABŞ və Böyük Britaniya tərəfindən imzalanmışdı, digər nüvə gücləri sayılan Çin və Fransa isə ayrı-ayrı sənədlərdə bir qədər zəif fərdi təminatlar vermişdirlər.
Memorandumda həmçinin Ukrayna, Belarus və Qazaxıstanın ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı ola biləcək təhdidlərə və ya güc tətbiqinə qarşı da təhlükəsizlik təminatları öz əksini tapmışdır. Bu memorandum nəticəsində 1994-1996-cı illər arasında Belarus, Qazaxıstan və Ukrayna nüvə silahlarından imtina etmişdirlər.
Kateqoriya:Soyuq müharibə Kateqoriya:Beynəlxalq müqavilələr Kateqoriya:Nüvə silahı Kateqoriya:1994-cü ildə siyasət Kateqoriya:Geosiyasət Kateqoriya:ABŞ-nin müqavilələri Kateqoriya:Ukraynanın müqavilələri Kateqoriya:Birləşmiş Krallığın müqavilələri Kateqoriya:Budapeşt tarixi Kateqoriya:Belarusun müqavilələri Kateqoriya:Rusiyanın müqavilələri Kateqoriya:Qazaxıstanın müqavilələri Kateqoriya:Rusiyanın çoxtərəfli münasibətləri Kateqoriya:Birləşmiş Krallığın çoxtərəfli münasibətləri Kateqoriya:5 dekabrdakı hadisələr