British Aircraft Corporation (qısaca BAC) Birləşmiş Krallıqda yerləşən keçmiş təyyarə istehsalçısı idi. Şirkət 1960-cı ildə hökumətin təşviqi ilə English Electric Aviation Ltd., Vickers-Armstrongs, Bristol Airplane Company və Hunting Aircraft şirkətlərinin birləşməsi ilə yaradılmışdırCharles Gardner, British Aircraft Corporation. A history by Charles Gardner, B. T. Batsford Ltd, 1981 (), p.38.. Baş ofisi Londonun Vestminster rayonunda yerləşirdiGardner, Charles. British Aircraft Corporation: A History. Batsford, 1981. 40."Maps ." City of Westminster..
BAC 29 aprel 1977-ci ildə Hawker Siddeley Group və Scottish Aviation ilə bərabər milliləşdirilmiş və şirkətin adı British Aerospace (BAe) olaraq dəyişdirilmişdir.
İstinadlar Kateqoriya:Əvvəllər London Fond Birjasında siyahıya alınmış şirkətlər Kateqoriya:Birləşmiş Krallıq brendləri