– Kanadanın Alberta əyalətinin Letbric şəhərində, Henderson gölünün kənarında yerləşən yapon bağı. Bağ 1971-ci ildə Vinsent Messi mükafatına layiq görülmüşdür.
Tarixi Bağ 1967-ci ildə Letbricdə yaşayan yapon icmasının töhfələrini və Kanada–Yaponiya dostluğunu qeyd etmək münasibətilə yaradılmışdır. Bağın adı "ni" (yapon dilində "nihon" "Yaponiya" deməkdir), "ka" ("Kanada" sözünün qısaltması) və "yuko" (yapon dilində "dostluq" deməkdir) sözlərinin birləşməsindən yaranmışdır.
Albertada yapon bağı ideyasının təşəbbüskarları kanadalı buddist keşişi Yutetsu Kavamura, onun həyat yoldaşı Yoneko və "Lethbridge Herald" qəzetinin naşiri Kleo Movers olmuşdur. Şəhərin turizm təşkilatının meneceri Kurt Steyner ideyanı eşitdikdən sonra onu təbliğ etmək qərarına gəlmişdir. Bağın dizayneri Osaka Universitetinin memarı Tadaşi Kubo olmuşdur. Onun universitetdən həmkarı Masami Suqimoto da bağın tikintisində iştirak etmişdir.
Xüsusiyyətlər thumb|left|Şahzadə Ayako bağın 50 illik tədbirində. Bağ həm Yaponiya, həm də Kanada mədəniyyətinin xüsusiyyətlərini daşıyır. Cənubi Alberta təbiətinin mənzərəsini nümayiş etdirməklə yanaşı yapon fəlsəfəsinin elementlərini özündə birləşdirir. Yapon bağında su vacib element olduğu üçün burada şəlalə, çay və gölməçə yaradılıb.
Qayalar bağın görkəmli xüsusiyyətlərindən biridir. Yaxınlıqdakı dağ keçidindən gətirilmiş qayalar şibyələrlə bəzədilmişdir. Hər biri bir neçə ton olan qayalar kranla yerləşdirilib və yerləşməsi zamanı hər bucaq nəzərə alınıb. Qayalar vasitəsilə yaradılmış və tısbağa formasında olan adacıq yapon uzunömürlülüyünü simvolizə edir.
Bağın struktural komponentləri Kioto şəhərində hazırlanmışdır. Çay evi, zəng gülləsi, azumaya, darvazalar və körpülər ağacdan tikilmişdir. Zəng gülləsi üçün xüsusi olaraq hazırlanmış Dostluq zəngi Kiotoda hazırlanmışdır. Kioto sənətkarları tərəfindən hazırlanmış daş fənərlər zəng gülləsinin qarşısında yerləşir və gölməçəyə tərəf baxır. Fənərlərin yerləşdirilməsi zamanı yapon ənənəsindən istifadə olunub. Bağdakı daş paqoda beş mərtəbəlidir: mərtəbələr torpaq, alov, su, külək və səmanı simvolizə edir.
Tədbirlər Yapon bağı ziyarətçilərin üzünə açıqdır. Burada Yaponiya, eləcə də, Kanadanın mədəniyyətinə həsr olunmuş tədbirlər keçirilir. Burada yerli sənətkarların sərgiləri, tsukumi tədbirləri və çay mərasimləri baş tutur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Letbric Kateqoriya:Kanada parkları Kateqoriya:1967-ci ildə yarananlar Kateqoriya:Yapon bağları Kateqoriya:Kanada–Yaponiya münasibətləri