Ovusu Kvabena — () — Qanalı peşəkar futbolçu. Macarıstanın "Ferensvaroş" klubunun və Qana milli komandasının hücumçusu.

Karyerası Qanada doğulan futbolçu karyerasının ilk illərini doğulduğu Akkra şəhərinin komandasında keçirib. 2016-cı ildə İspaniyaya gələn futbolçu "Toledo" klubuna qoşulur. Ovusu 31 avqust 2016-cı ildə komandadanın əsas heyətində debüt edir. İspaniya Kral Kubokunda baş tutmuş "UB Conquense" komandası ilə ev oyununda ikinci hissədə əvəzedici kimi meydana çıxır və komandasının 2–0 qalib gəldiyi oyunda komandasının hər iki qolunun müəllifi olur. Daha sonra o, səkkiz qol vuraraq, komandanın əsas hücumçusuna çevrilir.

23 avqust 2017-ci ildə Owusu La Liqa təmsilçisi "CD Leganés" klubu ilə beş illik müqavilə imzalayır. Ancaq futbolçu səkkiz gün sonra, "Segunda División"da yarışan "Real Oviedo"ya bir il müddətinə icarəyə verilir.

24 iyul 2018-ci ildə Ovusu İspaniya çempionatının üçüncü divizionunda mübarizə aparan "Salamanca CF" klubuna bir il müddətinə icarəyə verilir. Burada o 25 oyunda 10 qol vurur. Növbəti ilin avqustun 21-də o, "Córdoba CF" klubuna icarəyə verilir və burada meydana çıxdığı 17 oyunda 6 qol vurur.

Qarabağ FK 23 yanvar 2020-ci ildə "Qarabağ" klubu Kvabena Ovusunu transfer etdiyini elan edir. Ağdam təmsilçisi Qanalı hücumçu ilə 3.5 illik müqavilə imzalayır. Futbolçunun Qarabağ klubunda debüt oyunu 8 fevral 2020 tarixində, "Qarabağ"ın Azərbaycan Premyer Liqasının 16-cı turunda Bakının "Neftçi" klubu ilə oyununda baş tutur. O, 71-ci dəqiqədə Xayme Romeronun əvəzinə meydana daxil olur. Qarabağda keçirdiyi ilk mövsümdə 5 dəfə meydana çıxan futbolçu qol ilə fərqlənə bilmir.

2020/21 futbol mövsümundə isə, Azərbaycan Premyer Liqasında 26 oyunda meydana çıxır və 7 dəfə fərqlənir. Ümumilikdə isə mövsüm ərzində Qarabağla 39 oyunda meydana çıxır və 9 qol vurur.

2021-ci ilin avqust ayında futbolçu Türkiyənin "Ankaragücu" klubuna icarəyə verilir. Futbolçu burada ümumilikdə 23 dəfə meydana çıxaraq 10 qol və 4 məhsuldar öturmə ilə yadda qalır.

2022-ci ilin iyun ayında icarə müddəti başa çatan futbolçu futbolçu "Qarabağ" klubuna geri dönur.

Ferensvaroş 30 yanvar 2023-cü ildə, Macarıstanın "Ferensvaroş" klubuna transfer edilir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Qana futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Sequnda Divizionu B futbolçuları Kateqoriya:Tersera divizionunun futbolçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Ferentsvaroş FK futbolçuları Kateqoriya:Macarıstan futbol çempionatının futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular