thumb|San-Paulu ştatında yerləşən heykəli.|150px – Braziliyada yapon icmasının lideri. O, "yaponların Braziliyaya immiqrasiyasının atası" hesab olunur.
Həyatı Şuhey Uetsuka 1876-cı ildə Yaponiyanın Kumamoto prefekturasında doğulmuş, Tokio Universitetində hüquq təhsili almışdır. 1908-ci ildə Braziliyaya immiqrasiya edən ilk yaponlara sponsorluq edən "Kokku" kolonizasiya şirkətinin agenti olmuşdur. O, Braziliyaya immiqrasiyanın ilk illərində yapon icmasına böyük dəstək göstərmiş, müstəqil fermerliyi müdafiə etmiş və bir çox yapon kənd təsərrüfatı məskəni qurmuşdur. 1918-ci ildə San-Paulu ştatında Promisan koloniyasının əsasını qoymuşdur.
Braziliyada yapon icmasına başçılıq etməklə yanaşı boş vaxtlarında hayku poeziyası ilə məşğul olmuşdur. 1935-ci ildə ölmüş və Promisan bələdiyyə qəbiristanlığında dəfn olunmuşdur.
Xatirəsi 1978-ci ildə Braziliyaya gəlişinin 60 illiyi münasibətilə San-Paulu ştatında onun heykəli qoyulmuşdur.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Braziliya yaponları Kateqoriya:"Doğan günəş" ordeni ilə təltif edilənlər