Səudiyyə Dəmir Yolları Təşkilatı () — Səudiyyə Ərəbistanı dəmir yolu şəbəkəsini idarə edən iki dəmir yolu şirkətindən biri. İkinci dəmir yolu şirkəti Səudiyyə Dəmiryolu Şirkətidir.
Səudiyyə Dəmir Yolları Təşkilatı 20 oktyabr 1951-ci ildə yaradılmışdır, 1,200 km uzunluğunda 1435 mm-lik xətləri idarə edir. Şirkətin baş ofisi Dammamda yerləşir.
Səudiyyə Dəmir Yolları Təşkilatı və Səudiyyə Dəmiryolu Şirkətinin birləşməsinə razılıq 2021-ci ilin fevralında elan edilmişdir.
İstinadlar
Kateqoriya:1951-ci ildə yarananlar Kateqoriya:Səudiyyə Ərəbistanı şirkətləri