Kayserispor — Türkiyə 1. Liqasında Kayseri şəhərini təmsil edən peşəkar futbol komandası. Ev matçlarını Kadir Has Stadionunda sarı və qırmızı rəngli forma ilə oynayırlar.

Komanda 2008-ci ildə həm Türkiyə Kuboku, həm də Türkiyə Super Kubokunda qələbə çalan ilk idman komandası olmuşdur. Türkiyə Super Liqasında, 2005–06, 2006–07, 2007–08 və 2012–13 sezonlarında 4-cü yeri tutmuşdur. Beynəlxalq miqyasda Kayserispor, 2006 İntertoto Kubokunun qaliblərindən biri olmuşdur.

Tarixi

Ad dəyişikliyi Komanda adı İllərKayseri Emniyetspor1975-1989Erciyesspor1989-1992Büyükşehir Belediye Erciyesspor1992-1996Kayseri Erciyesspor1996-1997Melikgazi Belediye Erciyesspor1997-1999Hacılar Erciyesspor1999-2001Erciyesspor2001-2004Kayserispor2004-2019İstikbal Mobilya Kayserispor2019-2020HES Kablo Kayserispor2020-2021Yukatel Kayserispor2021-2023Mondihome Kayserispor2023-2024Bellona Kayserispor2024-2025Zecorner Kayserispor2025-2026Metro Holding Kayserispor2026- Avropa kuboklarında iştirak 2 dəfə Avropa kuboklarında iştirak edib.

UEFA Kuboku 2006/2007 Q2 KF Tirana (Albaniya) - Kayserispor 0:2 / 1:3 R1 AZ Alkmaar (Niderland) - Kayserispor 3:2 / 1:1

UEFA Kuboku 2008/2009 R1 Kayserispor - Paris Sen-Jermen (Fransa) 1:2 / 0:0

Uğurları 1 dəfə Türkiyə Kubokunun qalibi – 2007/2008 2 dəfə Türkiyə Kubokunun finalçısı – 2007/2008, 2021/2022 1 dəfə Türkiyə Super Kubokunun finalçısı – 2008

İstinadlar

Kateqoriya:Türkiyə futbol klubları Kateqoriya:Əlifba sırasına görə futbol klubları Kateqoriya:1966-cı ildə yaradılmış futbol klubları Kateqoriya:Kayserispor