Vardanakert döyüşü — Araz çayı yaxınlığındakı Vardanakertdə yerləşdirilmiş ərəb qarnizonu ilə Ermənistan knyazlıqları arasında döyüş. Erməni knyazı VI Smbat Baqratuni Naxçıvanda qarnizondan olan 5,000 nəfərlik əməvi ordusunu məğlub etmişdi. Qəfil hücuma məruz qalan ərəblər Araz çayına qaçmış, orada ya boğulmuş, a da donaraq ölmüşdülər. Bizans komissiyası tərəfindən hakimiyyətə seçilən Smbat Ərməniyyənin əksəriyyətini yenidən ələ keçirməyə, ərəbləri regiondan qovmağa nail olmuşdur.
Bu uğura baxmayaraq, əməvi generalları Məhəmməd ibn Mərvan və Məsləmə ibn Əbdülməlik tezliklə Ərməniyyə üzərində nəzarəti bərpa etmişdilər. 704-cü ildə Naxçıvanın baş kilsəsinin yandırılması, orada erməni knyaz ailələrinin genişmiqyaslı qırğınının təşkil edilməsi ilə müsəlmanların regiona nəzarəti təmin edilmişdir.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Əməvilər xilafətinin döyüşləri Kateqoriya:702 Kateqoriya:Naxçıvan tarixi Kateqoriya:VIII əsrdə Ermənistan Kateqoriya:Ermənistanın döyüşləri