Ukrayna Şahinləri () — Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. Uçuşlar üçün MiQ-29 təyyarələri istifadə olunurdu.

Tarixi Komandanın yaranma fikrin ilk dəfə 1992-ci ildə, MiQ-29 təyyarələri ilə ABŞ-də və Kanadada solo uçuşlar həyata keçirilən zaman yaranıb. Ukraynalı pilotlar "İldırım Quşları"nın və "Mavi Mələklər"in pilotaj fiqurlarını görüblər. 1995-ci ildə komanda qurulub. 2002-ci ildə komanda ləğv olunub.

Uçuşlar İlk dəfə pilotlar 1996-cı ildə L-39 təlim təyyarələri ilə məşqlərə başlayıblar. 1996-cı ilin yayında isə MiQ-29 təyyarələri istifadə olunmağa başlayıb. 1997-ci ildə komanda ilk ictimai uçuşunu həyata keçirib.

Komanda son uçuşunu 5 oktyabr 2001-ci il tarixində həyata keçirib.

Təyyarələrin sonrakı taleyi 2022-ci ildə internetdə silahlanma ilə təchiz olumuş, Ukrayna Şahinlərinin dizaynında boyanmış təyyarənin videosu yayıldı. 2022-ci ilin 13 oktyabr tairxində Ukrayna Şahinlərinin dizaynına bənzər dizaynda rənglənmiş təyyarənin qalıqları internetdə öz əksini tapdı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Aerobatika komandaları