Pomeranz-Fritş reaksiyası — üzvi kimyada izoxinolin və onun törəmələrinin sintezi üçün istifadə olunan adlı reaksiyadır. Bu reaksiya bəzən Pomeranz-Fritş tsiklləşməsi də adlandırılır. Reaksiya Paul Fritş və Sezar Pomeranzın adı ilə bağlıdır.
Ümumi reaksiya sxemi Pomeranz-Fritş reaksiyasında aromatik aldehidlərdən və aminoasetallardan istifadə olunaraq turşu mühitində izoxinolin nüvəsi əmələ gətirilir. Aşağıdakı sxem benzaldehid və 2,2-dialkoksietilamindən izoxinolinin sintezini göstərir.
450px|center|Pomeranz-Fritş reaksiyasının ümumi sxemi
Bu reaksiyada metil və etil kimi müxtəlif alkil qrupları əvəzedici kimi istifadə oluna bilər. Klassik variantda proton donoru kimi sulfat turşusundan istifadə edilmişdir. Sonrakı tədqiqatlarda trifluorasetik anhidrid və lantanid triflatları kimi Luis turşularının da tətbiqi göstərilmişdir.
Mexanizmi Reaksiyanın mümkün mexanizminə görə əvvəlcə benzaldehid və 2,2-dialkoksietilaminin kondensasiyası nəticəsində benzalaminoasetal əmələ gəlir. Daha sonra turşu mühitində asetal qrupunun aktivləşməsi və spirtin ayrılması baş verir. Bu mərhələdən sonra molekuldaxili tsiklləşmə nəticəsində izoxinolin skeleti formalaşır. Son mərhələdə aromatik sistemin yaranması ilə məhsul sabitləşir.
700px|center|Pomeranz-Fritş reaksiyasının təklif olunan mexanizmi
Tətbiqi Pomeranz-Fritş reaksiyası izoxinolin törəmələrinin sintezində tətbiq olunur. İzoxinolin törəmələri üzvi sintez və dərman kimyası üçün əhəmiyyətli heterotsiklik birləşmələr hesab edilir. Bu qrup birləşmələrə yerli anestezik kimi istifadə olunan dimetisokin və vazodilatator təsirə malik papaverin kimi maddələr daxildir.
200px|center|Dimetisokinin kimyəvi quruluşu
250px|center|Papaverinin kimyəvi quruluşu
Həmçinin bax Piktet-Spenqler reaksiyası
İstinadlar
Kateqoriya:Kimyəvi reaksiyalar